TikTok da təhqir yazan 26 yaşlı qız cərimələndi
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Sabunçu Rayon Məhkəməsində 1999-cu il təvəllüdlü Arzu Quliyeva (bütün ad-soyadlar şərti) haqqında verilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qulu Abbasov A.Quliyevanın sosial şəbəkədə onu söyərək təhqir etdiyini bildirib və gənc qızın cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Müəyyən edilib ki, Qulu əvvəllər Arzunun bibisi qızı ilə evli olub, lakin tərəflər bir müddət əvvəl boşanıb. Bundan bir neçə ay sonra Arzu TikTok sosial şəbəkəsində Qulunun canlı yayım açdığını görüb və hər hansı mübahisənin olmamasına baxmayaraq, şərh bölməsində kişini söyərək təhqir edib.
Təqsirləndirilən şəxs Quluya qarşı aqressiv olduğunu bildirib, bibisi qızından boşandığı üçün bu addımı atdığını deyib.
Məhkəmə 26 yaşlı qızı Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilərək 1000 manat cərimə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















