Icma.az
close
up
RU
Gənc rəssamların “Sənin adın nədir?” tanıtım sərgisinin açılışı Fotolar

Gənc rəssamların “Sənin adın nədir?” tanıtım sərgisinin açılışı Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki,  sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası dinlənilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov sərginin məqsədindən söhbət açıb. Nazir müavini bildirib ki, gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləmək əsas amildir. “Sərgi gənc rəssamları yeni nailiyyətlərə ruhlandırmağa kömək edəcək. Yeni nəsil sənət nümayəndələrinin sənətsevərlərə təqdim olunmasını və onların ilk peşəkar sərgi təcrübəsini qazanmalarını hədəfləyir. Sərginin əsas ideya xəttini təşkil edən “Sənin adın nədir?” sualı iştirakçılardan fərdi kimliklərini, daxili duyğularını və ətraf mühitə dair qavrayışlarını sənət dili vasitəsilə ifadə etməyi tələb edir”,- deyə M.Hüseynov əlavə edib.

Xalq rəssamı Arif Hüseynov sərgidə təqdim olunan əsərlər barədə danışıb: “İştirakçılar üçün geniş ifadə imkanları yaradan sərgidə təqdim olunan əsərlər abstrakt və simvolik yanaşmala, həmçinin realizm və eksperimental texnikaları fərqli üslubları özündə birləşdirir. Sərginin ekspozisiyasında 67 gənc rəssamın rəngkarlıq, heykəltaraşlıq, dekorativ tətbiqi sənət, instalyasiya və video-art sənətində əsərləri yer alıb”.

Xalq rəssamı Ömər Eldarov gənc rəssamlara uğurlar arzulayıb.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgidə əsəri nümayiş olunan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Nərmin İsmayılova öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, əsərlərdə həm rəssamın daxili dünyası, həm də cəmiyyətə münasibəti əsas şərtlərdən olub. “Əsərimin adı “Ah, gözələm mən”dir. Bu, hər kəsə məlum olan “Tıq-tıq xanım” obrazıdır. Düşündüm ki, bu əsər cəmiyyətin güzgüsü kimi sərgiyə çox uyğun olar. İstədim ki, hər kəs ona sadəcə nağıl qəhrəmanı kimi deyil, daha dərindən baxsın. Nağılda obraz dramatik şəkildə təsvir olunsa da, mən texniki cəhətdən daha yumşaq işləmişəm. Məqsədim bu obrazı hər kəsə xatırlatmaqdır. Sərgidə iştirak etmək mənim üçün qürurvericidir”,- deyə gənc rəssam əlavə edib.

Sərgi sentyabrın 3-dək davam edəcək.









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri