Icma.az
close
up
RU
“Sənin adın nədir?” adlı sərgi açılıb

“Sənin adın nədir?” adlı sərgi açılıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.

Sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası dinlənilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, gənc rəssamların yaradıcılıqlarını dəstəkləmək əsas amildir. “Sərgi gənc rəssamları yeni nailiyyətlərə ruhlandırmağa kömək edəcək. Sərginin əsas ideya xəttini təşkil edən “Sənin adın nədir?” sualı iştirakçılardan fərdi kimliklərini, daxili duyğularını və ətraf mühitə dair qavrayışlarını sənət dili vasitəsilə ifadə etməyi tələb edir”- deyə M.Hüseynov əlavə edib.

Xalq rəssamı Arif Hüseynov sərgidə təqdim olunan əsərlər barədə danışıb: “İştirakçılar üçün geniş ifadə imkanları yaradan əsərlər abstrakt və simvolik yanaşmalar, həmçinin realizm və eksperimental texnikaları fərqli üslubları özündə birləşdirir. Sərginin ekspozisiyasında 67 gənc rəssamın rəngkarlıq, heykəltaraşlıq, dekorativ tətbiqi sənət, instalyasiya və video-art sənətində əsərləri yer alıb”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Nərmin İsmayılova öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Onun sözlərinə görə, əsərlərində həm daxili dünyası, həm də cəmiyyətə münasibəti əsas şərtlərdən olub. “Əsərimin adı “Ah, gözələm mən”dir. Bu, hər kəsə məlum olan “Tıq-tıq xanım” obrazıdır. Düşündüm ki, bu əsər cəmiyyətin güzgüsü kimi sərgiyə çox uyğun olar. İstədim ki, hər kəs ona sadəcə nağıl qəhrəmanı kimi deyil, daha dərindən baxsın. Nağılda obraz dramatik şəkildə təsvir olunsa da, mən texniki cəhətdən daha yumşaq işləmişəm. Məqsədim bu obrazı hər kəsə xatırlatmaqdır. Sərgidə iştirak etmək mənim üçün qürurvericidir”,- deyə gənc rəssam əlavə edib.

Sərgi sentyabrın 3-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri