Gənc tədqiqatçı Makedoniyada apardığı tədqiqatların nəticələrini təqdim edib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Orxan Güləhmədov “Neylon/MWCNT əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorun çıxış performansına təsiri” adlı elmi seminar keçirib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, o, seminarda Elm və Texnologiyada Avropa Əməkdaşlığı (European Cooperation in Science and Technology – COST) proqramının “Qısamüddətli elmi missiya” səfər qrantı çərçivəsində Makedoniyanın Skopye şəhərində yerləşən Ss. Kiril və Methodius Universitetində “Neylon/CNT təbəqələrindən istifadə etməklə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi” mövzusu üzrə apardığı tədqiqat işinin nəticələrini təqdim edib.
BDU-nun gənc tədqiqatçısı bildirib ki, çoxdivarlı karbon nanoboruları doldurucu kimi istifadə olunan zaman onun polimer daxilində yaratdığı əlavə polyar dipollar hesabına triboelektrik nanogeneratorların (TENG) çıxış parametrləri əhəmiyyətli dərəcədə artıb. Bu cür materialların maqnit xassəli nanomateriallarla birgə kombinasiyasından sensor texnologiyasında istifadə etmək mümkündür.
Seminarın sonunda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 17 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















