Icma.az
close
up
RU
Şimali Makedoniyada azərbaycanli alimə həsr olunmuş beynəlxalq konfrans keçirilib AZƏRTAC

Şimali Makedoniyada azərbaycanli alimə həsr olunmuş beynəlxalq konfrans keçirilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 yanvar, AZƏRTAC

Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2025: Kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində” XIII beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans azərbaycanlı arxeoloq alim, professor, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr edilib. Konfrans Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzi, Türkiyənin Adnan Menderes Universiteti, Macarıstanın Qabaqcıl Tədqiqatlar İnstitutu və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Albaniya, ABŞ, Birləşmiş Krallıq, Avstriya, Serbiya, Monteneqro, Gürcüstan, Macarıstan, Slovakiya, Çexiya, İsveçrə, Yunanıstan, Latviya, İtaliya, Sloveniya, Bolqarıstan, Rusiya, Braziliya, Yamayka, Kosova və digər ölkələrdən 80-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış edib.

Konfransın Elm və Təşkilat Komitəsinin sədri Rubin Zemon yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər mövzusunda danışıb. Professor bildirib ki, Qafar Cəbiyev Ohrid Vodiçi konfransına dəstəyi ilə hər zaman seçilib.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Professor Qafar Cəbiyev: tərcümeyi-halı və elmi nailiyyətləri” mövzusunda geniş məruzə edib.

Sonra Qafar Cəbiyev “Makedoniyalı İsgəndəri Azərbaycanla birləşdirən tarixi yaddaşa dair bəzi etüdlər” mövzusunda konfransın fəxri məruzəsini edib. O, Makedoniyalı İsgəndərin Azərbaycan dövlətlərinin yaranmasına təsirindən, ellin mədəniyyətinin ölkəmizdə yayılmasından, Albaniyanın təqlid sikkələrindən, Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından danışıb. Məruzənin sonunda Azərbaycandan gətirdiyi “İsgəndərnamə” poemasını Ohrid bələdiyyəsinin sədr müavini Ana Krstevkaya hədiyyə edərək bu kitabın makedon dilində yayımlanacağına inandığını bildirib.

Konfransın bölmə iclaslarında mədəni irs, iqtisadiyyat, turizm, media, kollektiv yaddaş, yaddaş siyasəti, müasir kimliklər, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularda məruzələr dinlənilib. Tədbirdə “Bakıda Bayırşəhər anlayışı və hamam mədəniyyəti (Zərgərpalan hamamı arxeoloji tədqiqatları əsasında), “Azərbaycanda Şəki rayonu Babaratma kənd qəbiristanlığında iki qəbirin öyrənilməsində kollektiv yaddaşın elementləri” mövzularında məruzələr dinlənilib.

Tədbir çərçivəsində türk incəsənəti qarışıq sərgisi və kaşı ustası Həvva Fıratın kaşı və çini işlərindən ibarət fərdi sərgisi keçirilib. Həvva Fırat professor Qafar Cəbiyevə İznik çini nümunələri əsasında hazırladığı çini əsərini hədiyyə edib.

Tədbir çərçivəsində qonaqlar UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Ohrid şəhəri və onun tarix-mədəniyyət abidələri, Ohrid gölündə həyata keçirilən Epifaniya mərasimi ilə yaxından tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri