Icma.az
close
up
RU
Gənc tədqiqatçının yeni monoqrafiyası nəşr olunub

Gənc tədqiqatçının yeni monoqrafiyası nəşr olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çağdaş dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Haruki Murakaminin yaradıcılığı haqqında yeni elmi monoqrafiya nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusovanın müəllifi olduğu “Haruki Murakami: Postmodern ədəbiyyatın kultu” adlı kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ön söz” yazıb. Kitabın elmi redaktoru Yaponiya Osaka Universitetinin dosenti, filologiya elmləri doktoru Yokota Murakami Takayuki, rəyçiləri isə Türkiyə Erciyes Universitetinin professoru, filologiya elmləri doktoru Ali Volkan Erdemir və Ədəbiyyat İnstitutunun dosenti, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır.

Monoqrafiyada özünəməxsus yaradıcılıq istiqamətilə yapon ədəbiyyatı ilə yanaşı, dünyada postmodern ədəbiyyatın inkişafına birbaşa təsir göstərən Haruki Murakaminin həyatı, yaradıcılıq yolu araşdırılır. Yaponiyada postmodernizmin formalaşması və əsas özəllikləri tədqiq olunaraq Murakaminin bədii irsinə təsir xüsusiyyətləri müəyyənləşdirilir. Yazıçının qloballaşma ərəfəsində yapon düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirən əsərlərində fərqli cəhətlər araşdırılır. Murakaminin “Qoyun ətrafında macəra”, “Mexaniki quşun xronikası”, “Qaranlıqdan sonra” romanları əsasında postmodern qurmacaya təsir edən cərəyanlar, istiqamətlər, fiqurlar araşdıraraq öyrənilir. Eyni zamanda, Murakaminin erkən yaradıcılıq nümunəsi olan “Küləyin nəğməsini dinlə” romanını kosmopolitizm, yazıçını dünyaya tanıdan, vizit kartı olan “Norveç meşəsi” romanı isə realizm istiqamətində tədqiqata cəlb olunur. Sənətkarın ən yaxşı postmodern əsər kimi dəyərləndirilən “Kafka sahildə” romanı əsasında yazıçının dünyaya estetik münasibətindəki sürrealist baxışları müəyyən edilir.

Kitabın tərtibatı da diqqətəlayiqdir. Dalğa Yunus tərəfindən dizayn olunan kitabın üz qabığında postmodern sənəti xatırladan labirint və geometrik quş təsviri, ilk səhifələrdə isə Murakaminin həm musiqi, həm də ədəbiyyatla əlaqəsini simvolik şəkildə əks etdirən caz mühitindəki obrazı təqdim olunub.

Kitab ədəbiyyat nəzəriyyəçiləri, yaponşünaslar, postmodernizmlə maraqlanan tədqiqatçılar və ümumiyyətlə, ədəbiyyatsevərlər üçün çox dəyərli elmi və estetik mənbədir. Müəllifin araşdırmaları nəticəsində oxucu Haruki Murakaminin əsərlərinə yeni baxış bucağından yanaşmaq imkanı əldə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri