Icma.az
close
up
RU
Naxçıvanlı gənc tədqiqatçının türkçülük şüuruna dair yeni elmi nəşri çap olunub

Naxçıvanlı gənc tədqiqatçının türkçülük şüuruna dair yeni elmi nəşri çap olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 14 may, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun gənc əməkdaşı Əli Tağıyevin Türkiyə türkcəsində “Azerbaycanda türklük şuuru: Milliyetçiliğin doğuşu ve gelişimi” adlı kitabı nəşr olunub.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədqiqatın əsas məqsədi Qafqaz türklərinin Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı fəaliyyətini, müstəqillik uğrunda mübarizəsini, sovet işğalına və ruslaşdırma siyasətinə qarşı türk oyanış hərəkatını və ziyalıların bu istiqamətdəki səylərini sistemli öyrənməkdir.

Kitabda XIX əsrdən etibarən Azərbaycanda türkçülük ideologiyasının təşəkkülünə təsir göstərmiş daxili və xarici amillər, türkçülük milli şüurunun yaranması, keçdiyi inkişaf yolu və bu yolda aparılan mübarizələr sistemli araşdırılıb. Üç fəsildən ibarət kitabın ilk fəslində araşdırmanın əhatə dairəsi müəyyənləşdirilib, mövzunun daha aydın olması üçün əsər boyu tez-tez işlədilən millət, xalq-dövlət, etnik kimlik, millətçilik və milli dövlət kimi anlayışlara aydınlıq gətirilib.

Əsərin ikinci fəsli “Azərbaycanda türk milliyyətçiliyinin doğuşu və inkişafı” başlığı ilə verilib. Bu fəsildə Azərbaycan adının etimologiyası, ölkənin coğrafi mövqeyi, dil faktoru, tarixən bölgə əhalisinin sitayiş etdiyi dinlər, millət şüurunun formalaşmasında təsiri olmuş Eldənizlər, Səfəvilər, Əfşarlar, Qacarlar Azərbaycanı kimi maraqlı mövzular işıqlandırılıb. Çarizm və sovet əsarəti dönəmində Azərbaycanda baş verən siyasi, sosial və mədəni dəyişikliklər fonunda türk etnik kimliyinin məhv edilməsinə qarşı xalqın göstərdiyi müqavimətdən, rus imperializmindən xilas olmaq üçün görülən işlərdən bəhs olunmuş, elmi və fəlsəfi düşüncəyə əsaslanan təhlillər, mühüm tarixi hadisələr, xarici təsirlər və başqa faktorların fonunda Azərbaycanda türkçülük milli şüurunun formalaşma prosesi araşdırılıb.

Kitabın son fəsli XX əsrin əvvəllərində Azərbaycanda türkçülük milli şüurunun formalaşmasında əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər və partiyalar barədədir. Burada Turançılıq fəlsəfəsinin əsas ideoloqlarından olan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl Qaspıralı, Hüseyn Cavid, Əhməd Cavad, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqalarının fəaliyyəti diqqətdə saxlanıb. Müəllif əsərin sonunda istifadə etdiyi elmi mənbələrin siyahısını və mövzu üzrə gəldiyi nəticələri ümumiləşdirərək oxuculara təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri