Icma.az
close
up
RU
Menu

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

Antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi

Gürcüstan radioları Azərbaycan musiqisini səsləndirir

“Tədbirlərdə, küçələrdə hətta liftdə də mənimlə şəkil çəkdirmək istəyirlər, onlar üçün darıxmışam”

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

Bakı Dövlət Universiteti fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab

ÇL: Bayer heç heçə edib, Monako böyük hesabla məğlub olub

Mourinyodan "Benfika" açıqlaması: “Fənərbağça”yla səhv etdim, “Benfika” isə səviyyəmə qayıdışdır...

Sabah Bakının bu rayonunda su olmayacaq

Aston Martin in ehtiyat sürücüsü: Bakı treki çətin, eyni zamanda ən sürətlilərdən biridir

İnək dəyərindəki “alma”nı niyə istəyirlər? Fotolar

Millimizin kapitanı Almaniyada əməliyyat olunub FOTO

Azər Məmmədov: Qarabağ ın yarımmüdafiəçilərinin oyunu məni heyran etdi

O vaxt prezident olsaydım, müharibə olmazdı

Məşhur rəssamın əsərləri 100 milyona satışa çıxarıldı

Fəlakət uzaq bir adada həyatı məhv etdi Ancaq gözlənilməz hadisə alimləri təəccübləndirdi

Bu meyvə gənclik iksiri dir Alimlər təsdiqlədi: İçənlər günü gündən gözəlləşir

Marşallar Formula 1 Azərbaycan Qran Prisi 2025 də artıq iş başındadır FOTO

Anymanın Bakı şousu!

Gənc yazıçının iki romanı Sənin nə itin azmışdı Azıx mağarasında?..

Gənc yazıçının iki romanı Sənin nə itin azmışdı Azıx mağarasında?..

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Nizami Cəfərovun "Gənc yazıçının iki romanı" adlı yazısını təqdim edir.
Bu il qış tətilini Ağstafada keçirdiyim günlərdə Bəhruz Tağızadə ilə təsadüfən tanış olub onun yeni romanı “Cincilim”i mənə göndərdiyi votsap mətnində nəzərdən keçirdim. Elə ilk səhifələrdən hiss elədim ki, kifayət qədər ciddi bir qələm adamını kəşf eləmişəm. Yay tətilində rayona gələndə roman artıq nəşr olunmuş, geniş maraq doğurmuşdu. Bu dəfə əsəri, necə deyərlər, əlimdə qələm oxudum, qeydlər etdim, zəngin təəssüratlarımdan bəzilərini müəllifin özü ilə bölüşdüm. Qırx yaşını yenicə adlamış Bəhruzun yaradıcılıq yoluna bələd oldum. Bir neçə ilə yazdığı “Cincilim” ikinci romanı imiş, bundan əvvəl isə təxminən on il “Günəşin kölgəsində” romanı üzərində işləyib, 2024-cü ildə nəşr etdiribmiş. Təbii ki, daha əvvəllər də yazı-pozu ilə məşğul olubmuş, amma bu barədə danışmadı, yalnız bir hekayəsinin hansı müsabiqədəsə yüksək yer tutduğunu xatırlatdı.
“Cincilim”dən sonra “Günəşin kölgəsində”ni də eyni diqqətlə oxudum. Və əmin oldum ki, təsəvvürlərimdə yanılmıram, Bəhruz böyük ədəbiyyatın artıq heç vaxt üz çevirə bilməyəcəyi əsrarəngiz üfüqlərini görür .
“Günəşin kölgəsində” detektiv romandır. Və tamamilə təbiidir ki, müəllifin yaradıcılıq uğurunu, ilk növbədə, janrın ideya-estetik tələblərinə maksimum cavab verməyə göstərdiyi cəhdlər müəyyən edir. Hadisələrin bir-birindən maraqlı, gözlənilməz, eyni zamanda bir-birini təqib edən istiqamətlərə şaxələnməsi, insan talelərinin qovuşub ayrılması, xarakterlərin ya birbaşa, ya da dolayısı ilə üz-üzə gəlib xüsusi bədii effektlər yaratması, bərq vurub yerini başqa bir effektə verməsi və s. buradan irəli gəlir. Ancaq romanın ədəbi dəyəri, düşünmürəm ki, sözügedən detektivliklə bitir. Elə ilk səhifələrdən bütün aydınlığı ilə görünür ki, gənc yazıçı hər cür macəraçılığın, əgər belə demək mümkünsə, nağıl təhkiyəsi texnologiyasının fövqünə qalxaraq oxucuya yalnız maraqlı yox, həm də mənalı, məzmunlu mətləblərdən söhbət açmaq istəyir.
Yeni azadlıq qazanmış, müstəqil dövlətçiliyi yeni-yeni formalaşmaqda olan Azərbaycana müxtəlif terrorçu qruplaşmaların göstərdikləri müdaxilələr, dağıdıcı təzyiqlər romanda təsvir olunmuş əhvalatların mərkəzində dayanır. Xoca ləqəbli əslən azərbaycanlı, ancaq Əfqanıstanda, Suriyada, Çeçenistanda... “təcrübə” keçmiş peşəkar terrorçu başına həyatdan, taledən incimiş, imkansız, ancaq kifayət qədər iradəli, bacarıqlı gəncləri yığaraq əvvəl-əvvəl onların maddi ehtiyaclarını ödəyir, sonra isə hər birini terrorçu təşkilatın müvafiq işlərinə qoşaraq Azərbaycanda islam dövləti qurmaq üçün hazırlığa başlayır. Təşkilatın mərkəzi müsəlman ölkələrindən birində yerləşir. Təhlükəsizlik məqsədilə Təşkilatın mərkəzi ofisi tez- tez yerini dəyişdiyi üçün hazırda harada qərarlaşdıqlarını bircə Xoca bilir. Özü də Təşkilatın Azərbaycan və Cənubi Qafqaz üzrə rəhbəri də Qafurun danışdığı səsdir, yəni Xoca həzrətləri... Və bu təşkilatlanma işinin təsviri göstərir ki, ölkədə dövlət çevrilişi xülyası ətrafında birləşən, daha doğrusu, birləşdirilən adamların, demək olar, heç birinin siyasi şüuru yoxdur. Onları maraqlandıran yalnız var-dövlət, şəxsi hakimiyyətdir.

Terrorçuların himayəsi altında fəhləlikdən sürətlə inşaat firmasının – “Xotkar Holdinq”in rəhbəri səviyyəsinə yüksələn Qafur Xotkaroğlu heç şübhəsiz, romanın baş qəhrəmanıdır. Sınayıb xarakterinə bələd olduqca Xoca onun səlahiyyətlərini artırmış, Təşkilatın təhlükəli saydığı şəxslərin cəzalandırıldığı, hətta edam edildiyi gizli zindanı onun ixtiyarına vermiş, Milli Məclisə seçilməsi üçün hər cür tədbir görülmüşdü. Bununla belə Qafurun gizli təşkilatdakı mövqeyində müəyyən müstəsnalar vardı, ondan “dini vacibatları yerinə yetirmək də tələb olunmurdu, həyatını bundan sonra da necə istəsə o cür yaşaya bilərdi. Sadəcə Təşkilat barədə heç kəsə bir kəlmə də danışmamalı idi. Danışsa, özünə zərər vermiş olacaqdı... Əslində, Qafurun geriyə çəkilmək kimi bir yolu da yox idi”.
Xocanın Təşkilatındakı şəxslər bir-birindən fərqlənirlər; məsələn, onun sağ əli olan Həsən “ideya adamı”dır, Qafura gəldikdə isə, o, “bu yola pul xətrinə qədəm qoymuşdu”. Və Qafur yaxşı bilirdi ki, Təşkilata o, saqqalları ilə başlarını soxa bilməyəcəkləri yerlərə girmək üçün lazımdır. O səbəbdən də başda Xoca olmaqla Təşkilatdakı hər kəs onun şıltaqlıqlarına göz yumurdu. Sabah Həsənin dediyi Azərbaycan İslam Dövləti quruldumu, elə birinci iş kimi Qafurun başını bədənindən ayıracaqlar”.
Bir qədər də dərinə getsək, yazıçı məlum ştrixlərlə kifayət qədər aydın təsəvvür yaradır ki, əslində, Təşkilatın istər “ideya adamı”, istərsə də “müvəqqəti icraçı” olsun hər bir üzvü, Xoca da daxil olmaqla, hansısa beynəlxalq qurumun əlində oyuncaqdan başqa bir şey deyil.
Komfort həyat müqabilində şeytanın özü ilə də əməkdaşlığa hazır olan Qafur məcburən “ictimai- siyasi xadım”ə çevrildikcə onun “eyiblər”i daha çox görünməyə başlayır, özünü nə qədər ehtiyatlı, tədbirli aparsa da, gəncliyindən adət etdiyi pozğun həyat tərzi onun bütün amansızlığı ilə yanaşı, eyni zamanda tamamilə haqlı cəzalandırılmasına gətirib çıxarır. Və Qafur haradan gəlmişdisə oraya da yuvarlanır.
Körpələr evində böyümüş gənc rəssam Selcan Mütəllibin “günah”ı Qafurun “maraq dairəsi”nə düşməkdən ibarətdir. O, pul müqabilində Peyğəmbərin “karikatura”sını çəkməyə vadar edilir... Peyğəmbərə (İslama!) münasibət barədə hay-küy qaldırılır... Və bununla da gizli Təşkilata nüfuz qazandırmaq iddiasına qapılırlar. Təbii ki, bu cür maneələr nəticə etibarilə, Təşkilatın ifşasına gətirib çıxarsa da, gənc rəssamın elə əvvəldən düz gətirməyən taleyi yeni, dözülməz “sınaqlar”dan keçməli olur.
Yazıçının məharətidir ki, qəhrəmanlarını yarı yolda buraxmır, onların taleyini “özü həll etmir”, hadisələrə mövcud sosial-mənəvi mühitdə baxılır. Və odur ki, romanın bir qəhrəmanının da məhz mühit, tarixi şərait olduğunu demək üçün hər cür əsas vardır.
Romanın bir sıra digər qəhrəmanları içərisində birini – polis kapitanı Tahir Cürənovu xüsusi fərqləndirmək lazım gəlir. Bu obrazın bəzi cizgiləri mövcud ədəbiyyatdan, filmlərdən bizə tanış gəlsə də, o, bütövlükdə romanın üzvi tərkib hissəsi olmaqla yenidir, orijinaldır, Azərbaycan dövlətçiliyinin hər cür daxili təxribata qarşı kəskin müqavimət immunitetinin ifadəsidir.
Birinci romandan fərqli olaraq ikinci romanda nə gizli Təşkilatdan, nə də onun ya birbaşa, ya da dolayısı ilə xidmətində olan insanlardan söhbət gedir. Əsər iki gəncin məhəbbətindən və bu məhəbbətin qarşısına çıxan elə maneələrdən bəhs edir ki, hər biri Azərbaycan məişətinin ya çoxəsrlik ənənəsindən, ya da müstəqillik (daha doğrusu, hərc-mərclik) illərində qazandığı “demokratiya yeniliklər”indən irəli gəlir.
“Cincilim”in süjeti hər nə qədər macərə romanları üçün səciyyəvi olan bir şəkildə mürəkkəbləşdirilsə də, əslində, kifayət qədər sadədir. Və romanın sıradan bir oxucu tərəfindən rahat qavranılması, hadisələrin ən azından əsas məzmunun, demək olar ki, bütün təfərrüatı ilə yadda saxlanılması baxımından bu, əlbəttə, önəmlidir... Ailə əxlaqının, adət-ənənələrin, yalnız ata-ana deyil, hətta baba-nənə “kult”unun qorunduğu bir mühitdə doğulmuş yeniyetmə Bakıda yaşayan, yay tətillərində kəndə gələn əslən yerlisi olan qıza vurulur. Onun bu saf, səmimi, həmçinin atəşli sevgisi tədricən qıza da sirayət edir. Ancaq çox keçmədən məlum olur ki, Ərəllə Cincilimin (Cəmalənin) bir-birinə qovuşması qarşısında hələ onlar dünyaya gəlməmişdən çox ciddi bir maneə var: Cincilimin anası Ərəlin atasının nişanlısı olub, onu ataraq Cincilimin atasına qoşulub qaçıb. Təbii ki, bu maneə XX əsrin sonlarının Azərbaycanı üçün elə keçilməz sayıla bilməz. Ancaq həmin Azərbaycanın həmin əsrin sonlarında yaşadığı bütün inqilabi nailiyyətləri ilə yanaşı, elə bir acınacaqlı dövrü olmuşdur ki, bəla bəlanın arxasınca gəlmişdir. Ağsaqqal-ağbirçəklərini (baba-nənələrini) itirən ailə, bir tərəfdən iqtisadi tənəzzülə uğramış, digər tərəfdən “keçid dövrü”nün sosial şərtləri onu mənəvi baxımdan çökdürmüşdür.
Fitrətən bacarıqlı olan, dəlicəsinə sevdiyi qıza qovuşmaq üçün daha inamla çalışan, risklərdən çəkinməyən Ərəl ağsaqqal-ağbirçəklərin “tarixi funksiya”sını öz üzərinə götürüb ailəni həm iqtisadi, həm də mənəvi fəlakətlərdən xilas eləməyə çalışsa da, bunu bacarmır. Və “ictimai” əleyhdarlarının çoxaldığı bir məqamda ortaya heç cür yola gəlməyən, nəinki rəqiblərini, hətta yaxın dostlarını da ona xəyanətə məcbur edən “fərdi” əleyhdar – Cincilimin xalası qızı Könka (Könül) çıxır. Və “ictimai” əleyhdarlar (mühit!) nə qədər amansız olsalar da, iddiaları haradasa məhz ictimai xarakter daşıdıqlarına, cəmiyyət tərəfindən qınandığına görə Ərəl onları öz həqiqətinə inandıra bilir, Könka isə fərdi (heyvani) ehtirasların təsiri altına düşdüyündən heç cür ipə-sapa yatmır.
Macəra romanları, bir qayda olaraq, hadisələrin bir-biri ilə məntiqi bağlılığına ona görə loyal yanaşır ki, həm həyatın özü gözlənilməyən və ya heç bir məntiqə sığmayan olaylarla – təsadüflərlə zəngindir, həm də macəraçılıq estetikası süjet boyu hər dəfə yeni maraqlı bir əhvalatın gəlməsini tələb edir. “Cincilim”in müəllifi bu şərtlərə riayət eləməklə bərabər, təbii bir sövq ilə məhz “hadisənin hadisədən törəməsi” üsuluna üstünlük verdiyindən onun çəkdiyi “həyat mənzərələri” kifayət qədər real, canlı və koloritlidir.
Ona görə də romanı oxuduqca hərdən hərflər, sözlər, cümlələr tədricən görüntüdən silinir, onları qəribə bir plastika ilə kinofilmin kadrları əvəz edir. Və istedadlı bir rejissor, azacıq bir maliyyə mənbəyi olsaydı, gözəl bədii film, yaxud serial alınardı.
Bəhruzun hər iki romanında sənədlilik sadəcə kəmiyyət göstəricisi deyil, bədii mətnin keyfiyyətinə əhəmiyyətli təsir göstərən hadisədir ki, həmin sənədlilik hər yerdə – əhvalatlarda, obrazlarda, mənzərələrdə, surətlərin nitqində də müşahidə olunmaqdadır.
Məsələn, “Cincilim”də Azərbaycanın Arazqırağı kəndlərindən birinin məlum hərc-mərclik illərindəki vəziyyətinin təsviri çox səciyyəvidir:
“İranla ara açılmışdı. Oxuya bilmədiyimiz əlifbada yazısı olan saqqızlar, otuz saniyəyə yeyib qurtarmağa mərc gəldiyimiz “Bakuş”lar və biskvitlər dəbə düşdü. Qoxusundan dadlı şey olduğunu hiss edirdik. Bu cür şeylərlə yanaşı, İrandan narkotik də gəlməyə başladı. Buradan isə İrana gizli yollarla araq daşınmasının əsası qoyuldu. Türkiyədən geyim, musiqi kasetləri və porno-kasetlər ölkəmizə ayaq açdı. Rusiyadan ancaq pul gəlir, Gürcüstandan heç nə gəlmirdi. Ermənistan tərəfdən isə ancaq qaçqınlar və şəhid cəsədləri...”
Həmin illərdə kənd yerlərində özünü göstərən yeni ovqat, əhval-ruhiyyə, düşüncə-xəyal meylləri də baş qaldırmaqda idi:
“Elə bilirdilər ki, Bakıda yaşasalar, həyət-baca işlərindən canları qurtaracaq. Bacım elə bilirdi Bakıya çatan kimi hansısa oliqarxın oğlu Məcnun kimi vurulub bütün həyatını onu xoşbəxt etməyə xərcləyəcək. Kəndin gənc gəlinləri Bakı havası ilə alışıb yanırdılar.
Örüş torpaqları zəbt edildikcə kənddən şəhərə axın gücləndi. Bəzən bütöv bir nəsil qəfil yoxa çıxırdı. Evlərin darvazalarına səliqəsiz şəkildə “satılır” sözü yazıldı. Bakı sakinləri “tıxac” sözünü ilk dəfə həmin vaxtlar eşitməyə başladılar”.
Bəhruz portret ustasıdır, onun hər iki əsərində saysız- hesabsız insan portretləri əks olunmuşdur: birinci romanda zindan qoruqçusu Ənəsin, atılmış Selcana analıq etmiş, körpələr evinin tərbiyəçisi Mədinə xanımın; ikinci romanda Ərəlin ata-anasının, baba-nənəsinin, Dıbışın evdə qalmış bacılarının portretləri; eləcə də hər iki əsərin xanım qəhrəmanları Selcanla Cincilimin müxtəlif “pozalı” portretləri diqqəti cəlb etməyə bilmir. Və o, çox hallarda insan mənzərəsinin geniş panoramlı portretlərini yaradır. Məsələn, “Cincilim”də Bakıdakı “28 May” metro vağzalı qarşısındakı meydanın təsviri canlılığı, detal və təfərrüatlarının yerli-yerində olması öz yerində, ictimai məzmunu, insan mənzərələri: satanı, alanı, polisi ilə birlikdə mükəmməl sənət əsəridir.
Bəhruz Romançının təhkiyəsi nə qədər həzin, romantik, hətta bəzən sentimentaldırsa, ideya-estetik üslub maneraları o qədər sərt, israrlı, amansızdır: qəhrəmanlarını məcbur edir ki, daxili aləmlərini, düşüncələrini, hisslərini sona (tükənənə!) qədər üzə çıxarsınlar. “Günəşin kölgəsində” Selcanın “ata”sı Vüsalın “ailə”si barədəki detallar, oliqarx qızı Floranın itə baxan Azərə göstərdiyi “məhəbbət”; “Cincilim” də Ərəlin Vaqiflə (Cincilimin atası ilə) söhbəti, əsgərlik əhvalatları və s. fövqəlinsani səciyyə daşıyır desək, görünür, səhv etmərik.
Insani olanla qeyri- insani olan həyat hadisələri arasındakı müqayisələrdə təsirli məqamlardan biri bundan ibarətdir ki, Ərəl yeni ailə qurmuş bacısıgilə qonaq gedir:
“Mosu evdə yox idi. Bacım dedi:
– Ərəl, bunlar ləlöyün imiş.
Bundan sonra ürəkdən güldüm. Bacım da güldü. Gülə- gülə dedim:
– Öl elə. Sənə bu da azdı. Sənin nə itin azmışdı bu Azıx mağarasında?
– Bunlara baxanda Azıx mağarasında əməlli- başlı mədəniyyət olub. İnan, yazıq Mosu günü iki “şirvan”a işləyir, evə nəsə alıb gətirir, ərzağı evin giriş qapısında necə pardaqlayırlarsa, mənə gəlib çatmır”.
Bəhruzun dil-üslub, təhkiyə imkanları son dərəcə zəngindir, o hər mühitin, hər şəraitin, hər zümrənin dilində danışmağı bildiyi kimi, özünün ümumən macəra romançısı dilini də yaratmağa ciddi cəhdlər göstərir. Ancaq həmişə uğur qazandığını da demək doğru olmazdı. Bəzən vulqar sözlər, ifadələr o qədər çoxalır ki, üslubi təsirini itirib “küçə danışığı”na çevrilir.
Romanların qəhrəmanları, əsasən, yeniyetmələr, gənclər, “qeyri- rəsmi dünyanın” nümayəndələri olduğundan burada jarqon leksikasının “zənginliy”i gərək etiraz doğurmasın, bununla belə həddi aşmaq da əsərin ideya- estetik dəyərini zədələyir. Obrazların dilində işlənən rus mənşəli danışıq dili sözlərinə gəldikdə isə, burada elə bir qüsur yoxdur, çünki bu sözlərin yerinə, müəllif dilində olduğu kimi, məsələn, “kravat” əvəzində “çarpayı” işlədilsə, təbii ki, xarakterin bütövlüyünə xələl gələckdir.
Bəhruz Tağızadənin (Romançının) hər iki romanında son dərəcə güclü (və müasir!) xarakterlər yaradılmışdır. Və ilk növbədə həmin xarakterlərin sayəsindədir ki, süjet, əhvalatlar nə qədər şaxələnirsə - şaxələnsin kompozisiya, əsərin ideya-məzmun sütunu öz möhkəmliyini qoruyub saxlayır.

Britannik gəmisindən nadir əsərlər üzə çıxarıldı "İl boyu ölənə qədər işlədikdən sonra..." - Mənasız həyəcan və təşviş düşüncəyə necə təsir edir? İsveç hökuməti ölkənin “mədəniyyət kanonu”nu açıqlayıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

19 Sentyabr 2025 12:35see280

Antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi

18 Sentyabr 2025 14:21see264

Gürcüstan radioları Azərbaycan musiqisini səsləndirir

18 Sentyabr 2025 19:49see205

“Tədbirlərdə, küçələrdə hətta liftdə də mənimlə şəkil çəkdirmək istəyirlər, onlar üçün darıxmışam”

18 Sentyabr 2025 17:21see201

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

19 Sentyabr 2025 16:49see197

Bakı Dövlət Universiteti fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

18 Sentyabr 2025 18:24see186

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab

19 Sentyabr 2025 13:47see183

ÇL: Bayer heç heçə edib, Monako böyük hesabla məğlub olub

18 Sentyabr 2025 22:51see171

Mourinyodan "Benfika" açıqlaması: “Fənərbağça”yla səhv etdim, “Benfika” isə səviyyəmə qayıdışdır...

18 Sentyabr 2025 22:13see162

Sabah Bakının bu rayonunda su olmayacaq

18 Sentyabr 2025 22:53see141

Aston Martin in ehtiyat sürücüsü: Bakı treki çətin, eyni zamanda ən sürətlilərdən biridir

18 Sentyabr 2025 19:54see131

İnək dəyərindəki “alma”nı niyə istəyirlər? Fotolar

19 Sentyabr 2025 07:15see128

Millimizin kapitanı Almaniyada əməliyyat olunub FOTO

18 Sentyabr 2025 22:24see127

Azər Məmmədov: Qarabağ ın yarımmüdafiəçilərinin oyunu məni heyran etdi

18 Sentyabr 2025 21:17see125

O vaxt prezident olsaydım, müharibə olmazdı

19 Sentyabr 2025 01:54see125

Məşhur rəssamın əsərləri 100 milyona satışa çıxarıldı

19 Sentyabr 2025 13:32see124

Fəlakət uzaq bir adada həyatı məhv etdi Ancaq gözlənilməz hadisə alimləri təəccübləndirdi

20 Sentyabr 2025 03:32see124

Bu meyvə gənclik iksiri dir Alimlər təsdiqlədi: İçənlər günü gündən gözəlləşir

19 Sentyabr 2025 05:06see123

Marşallar Formula 1 Azərbaycan Qran Prisi 2025 də artıq iş başındadır FOTO

18 Sentyabr 2025 13:42see123

Anymanın Bakı şousu!

20 Sentyabr 2025 00:15see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri