Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

Antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi

Dünya çempionu klubunu dəyişdi

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

ABŞ da atışma zamanı 3 polis öldürülüb

Qərbi Azərbaycan Xronikası: Böyük Ermənistan xülyası necə uydurulub?

22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI VİDEO

“İnsanın gələcəyi: Genlərdən çox mədəniyyət bizi dəyişdirir“ Yeni elmi araşdırma

İstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

Yaşlanmaqdan qorxanlar oxusun!

Dizləri, oynaqları ağrıyanlar Bu payız meyvəsini yesin

Sabah Bakının bu rayonunda su olmayacaq

Dövlət Suverenliyi Günü Dövlətçiliyimizin qürur tarixidir ŞƏRH

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab

Günəş yavaş yavaş oyanır Proqnozları alt üst edən dəyişiklik

Aston Martin in ehtiyat sürücüsü: Bakı treki çətin, eyni zamanda ən sürətlilərdən biridir

Gənc yazıçının iki romanı Nizami Cəfərov yazır

Gənc yazıçının iki romanı Nizami Cəfərov yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nizami CƏFƏROV

Bu il qış tətilini Ağstafada keçirdiyim günlərdə Bəhruz Tağızadə ilə təsadüfən tanış olub onun yeni romanı "Cincilim"i mənə göndərdiyi votsap mətnində nəzərdən keçirdim. Elə ilk səhifələrdən hiss elədim ki, kifayət qədər ciddi bir qələm adamını kəşf eləmişəm. Yay tətilində rayona gələndə roman artıq nəşr olunmuş, geniş maraq doğurmuşdu. Bu dəfə əsəri, necə deyərlər, əlimdə qələm oxudum, qeydlər etdim, zəngin təəssüratlarımdan bəzilərini müəllifin özü ilə bölüşdüm. Qırx yaşını yenicə adlamış Bəhruzun yaradıcılıq yoluna bələd oldum. Bir neçə ilə yazdığı "Cincilim" ikinci romanı imiş, bundan əvvəl isə təxminən on il "Günəşin kölgəsində" romanı üzərində işləyib, 2024-də nəşr etdiribmiş. Təbii ki, daha əvvəllər də yazı-pozu ilə məşğul olubmuş, amma bu barədə danışmadı, yalnız bir hekayəsinin hansı müsabiqədəsə yüksək yer tutduğunu xatırladı.

"Cincilim"dən sonra "Günəşin kölgəsində"ni də eyni diqqətlə oxudum. Və əmin oldum ki, təsəvvürlərimdə yanılmıram, Bəhruz böyük ədəbiyyatın artıq heç vaxt üz çevirə bilməyəcəyi əsrarəngiz üfüqlərni görür.

"Günəşin kölgəsində" detektiv romandır. Və tamamilə təbiidir ki, müəllifin yaradıcılıq uğurunu, ilk növbədə, janrın ideya-estetik tələblərinə maksimum cavab verməyə göstərdiyi cəhdlər müəyyən edir. Hadisələrin bir-birindən maraqlı, gözlənilməz, eyni zamanda bir-birini təqib edən istiqamətlərə şaxələnməsi, insan talelərinin qovuşub ayrılması, xarakterlərin ya birbaşa, ya da dolayısı ilə üz-üzə gəlib xüsusi bədii effektlər yaratması, bərq vurub yerini başqa bir effektə verməsi və s. buradan irəli gəlir. Ancaq romanın ədəbi dəyəri, düşünmürəm ki, sözügedən detektivliklə bitir. Elə ilk səhifələrdən bütün aydınlığı ilə görünür ki, gənc yazıçı hər cür macəraçılığın, əgər belə demək mümkünsə, nağıl təhkiyəsi texnologiyasının fövqünə qalxaraq oxucuya yalnız maraqlı yox, həm də mənalı, məzmunlu mətləblərdən söhbət açmaq istəyir.

Yeni azadlıq qazanmış, müstəqil dövlətçiliyi yeni-yeni formalaşmaqda olan Azərbaycana müxtəlif terrorçu qruplaşmaların göstərdikləri müdaxilələr, dağıdıcı təzyiqlər romanda təsvir olunmuş əhvalatların mərkəzində dayanır. Xoca ləqəbli əslən azərbaycanlı, ancaq Əfqanıstanda, Suriyada, Çeçenistanda... "təcrübə" keçmiş peşəkar terrorçu başına həyatdan, taledən incimiş, imkansız, ancaq kifayət qədər iradəli, bacarıqlı gəncləri yığaraq əvvəl-əvvəl onların maddi ehtiyaclarını ödəyir, sonra isə hər birini terrorçu təşkilatın müvafiq işlərinə qoşaraq Azərbaycanda islam dövləti qurmaq üçün hazırlığa başlayır. Təşkilatın mərkəzi "müsəlman ölkələrindən birində yerləşir. Təhlükəsizlik məqsədilə Təşkilatın mərkəzi ofisi tez-tez yerini dəyişdiyi üçün hazırda harada qərarlaşdıqlarını bircə Xoca bilir. Özü də Təşkilatın Azərbaycan və Cənubi Qafqaz üzrə rəhbəri də Qafurun danışdığı səsdir, yəni Xoca həzrətləri"... Və bu təşkilatlanma işinin təsviri göstərir ki, ölkədə dövlət çevrilişi xülyası ətrafında birləşən, daha doğrusu, birləşdirilən adamların, demək olar, heç birinin siyasi şüuru yoxdur. Onları maraqlandıran yalnız var-dövlət, şəxsi hakimiyyətdir.

Terrorçuların himayəsi altında fəhləlikdən sürətlə inşaat firmasının - "Xotkar Holdinq"in rəhbəri səviyyəsinə yüksələn Qafur Xotkaroğlu heç şübhəsiz, romanın baş qəhrəmanıdır. Sınayıb xarakterinə bələd olduqca Xoca onun səlahiyyətlərini artırmış, təşkilatın təhlükəli saydığı şəxslərin cəzalandırıldığı, hətta edam edildiyi gizli zindanı onun ixtiyarına vermiş, Milli Məclisə seçilməsi üçün hər cür tədbirlər görülmüşdü. Bununla belə, Qafurun gizli təşkilatdakı mövqeyində müəyyən müstəsnalar vardı, ondan "dini vacibatları yerinə yetirmək də tələb olunmurdu, həyatını bundan sonra da necə istəsə, o cür yaşaya bilərdi. Sadəcə Təşkilat barədə heç kəsə bir kəlmə də danışmamalı idi. Danışsa, özünə zərər vermiş olacaqdı... Əslində, Qafurun geriyə çəkilmək kimi bir yolu da yox idi".

Xocanın Təşkilatındakı şəxslər bir-birindən fərqlənirlər; məsələn, onun sağ əli olan Həsən "ideya adamı"dır, Qafura gəldikdə isə, o, "bu yola pul xətrinə qədəm qoymuşdu". Və Qafur yaxşı bilirdi ki, "Təşkilata o, saqqalları ilə başlarını soxa bilməyəcəkləri yerlərə girmək üçün lazımdır. O səbəbdən də başda Xoca olmaqla Təşkilatdakı hər kəs onun şıltaqlıqlarına göz yumurdu. Sabah Həsənin dediyi Azərbaycan İslam Dövləti quruldumu, elə birinci iş kimi Qafurun başını bədənindən ayıracaqlar".

Bir qədər də dərinə getsək, yazıçı məlum ştrixlərlə kifayət qədər aydın təsəvvür yaradır ki, əslində, təşkilatın istər "ideya adamı", istərsə də "müvəqqəti icraçı" olsun hər bir üzvü, Xoca da daxil olmaqla, hansısa beynəlxalq qurumun əlində oyuncaqdan başqa bir şey deyil.

Komfort həyat müqabilində şeytanın özü ilə də əməkdaşlığa hazır olan Qafur məcburən "ictimai-siyasi xadım"ə çevrildikcə onun "eyiblər"i daha çox görünməyə başlayır, özünü nə qədər ehtiyatlı, tədbirli aparsa da, gəncliyindən adət etdiyi pozğun həyat tərzi onun bütün amansızlığı ilə yanaşı, eyni zamanda tamamilə haqlı cəzalandırılmasına gətirib çıxarır. Və Qafur haradan gəlmişdisə, oraya da yuvarlanır.

Körpələr evində böyümüş gənc rəssam Selcan Mütəllibin "günah"ı Qafurun "maraq dairəsi"nə düşməkdən ibarətdir. O, pul müqabilində Peyğəmbərin "karikatura"sını çəkməyə vadar edilir... Peyğəmbərə (İslama!) münasibət barədə hay-küy qaldırılır... Və bununla da gizli Təşkilata nüfuz qazandırmaq iddiasına qapılırlar. Təbii ki, bu cür maneələr nəticə etibarilə, Təşkilatın ifşasına gətirib çıxarsa da, gənc rəssamın elə əvvəldən düz gətirməyən taleyi yeni, dözülməz "sınaqlar"dan keçməli olur.

Yazıçının məharətidir ki, qəhrəmanlarını yarıyolda buraxmır, onların taleyini "özü həll etmir", hadisələrə mövcud sosial-mənəvi mühitdə baxılır. Və odur ki, romanın bir qəhrəmanın da məhz Mühit, Tarixi Şərait olduğunu demək üçün hər cür əsas vardır.

Romanın bir sıra digər qəhrəmanları içərisində birini - polis kapitanı Tahir Cürənovu xüsusi fərqləndirmək lazım gəlir. Bu obrazın bəzi cizgiləri mövcud ədəbiyyatdan, filmlərdən bizə tanış gəlsə də, o, bütövlükdə, romanın üzvü tərkib hissəsi olmaqla yenidir, orijinaldır, Azərbaycan dövlətçiliyinin hər cür daxili təxribata qarşı kəskin müqavimət immunitetinin ifadəsidir.

Birinci romandan fərqli olaraq ikinci romanda nə gizli Təşkilatdan, nə də onun ya birbaşa, ya da dolayısı ilə xidmətində olan insanlardan söhbət gedir. Əsər iki gəncin məhəbbətindən və bu məhəbbət qarşısına çıxan elə maneələrdən bəhs edir ki, hər biri Azərbaycan məişətinin ya çoxəsrlik ənənəsindən, ya da müstəqillik (daha doğrusu, hərc-mərclik) illərində qazandığı "demokratiya yeniliklər"indən irəli gəlir.

"Cincilim"in süjeti hər nə qədər macərə romanları üçün səciyyəvi olan bir şəkildə mürəkkəbləşdirilsə də, əslində, kifayət qədər sadədir. Və romanın sıradan bir oxucu tərəfindən rahat qavranılması, hadisələrin ən azından əsas məzmunun, demək olar ki, bütün təfərrüatı ilə yadda saxlanılması baxımından bu, əlbəttə, önəmlidir... Ailə əxlaqının, adət-ənənələrin, yalnız ata-ana deyil, hətta baba-nənə "kult"unun qorunduğu bir mühitdə doğulmuş yeniyetmə Bakıda yaşayan, yay tətillərində kəndə gələn əslən yerlisi qıza vurulur. Onun bu saf, səmimi, həmçinin atəşli sevgisi tədricən qıza da sirayət edir. Ancaq çox keçmədən məlum olur ki, Ərəllə Cincilimin (Cəmalənin) bir-birinə qovuşması qarşısında hələ onlar dünyaya gəlməmişdən çox ciddi bir maneə var: Cincilimin anası Ərəlin atasının nişanlısı olub, onu ataraq Cincilimin atasına qoşulub qaçıb. Təbii ki, bu maneə XX əsrin sonlarının Azərbaycanı üçün elə keçilməz sayıla bilməz. Ancaq həmin Azərbaycanın həmin əsrin sonlarında yaşadığı bütün inqilabi nailiyyətləri ilə yanaşı, elə bir acınacaqlı dövrü olmuşdur ki, bəla bəlanın arxasınca gəlmişdir. Ağsaqqal-ağbirçəklərini (baba-nənələrini) itirən ailə, bir tərəfdən iqtisadi tənəzzülə uğramış, digər tərəfdən, "keçid dövrü"nün sosial şərtləri onu mənəvi baxımdan çökdürmüşdür.

Fitrətən bacarıqlı olan, dəlicəsinə sevdiyi qıza qovuşmaq üçün daha inamla çalışan, risklərdən çəkinməyən Ərəl ağsaqqal-ağbirçəklərin "tarixi funksiya"sını öz üzərinə götürüb ailəni həm iqtisadi, həm də mənəvi fəlakətlərdən xilas eləməyə çalışsa da, bunu bacarmır. Və "ictimai" əleyhdarlarının çoxaldığı bir məqamda ortaya heç cür yola gəlməyən, nəinki rəqiblərini, hətta yaxın dostlarını da ona xəyanətə məcbur edən "fərdi" əleyhdar - Cincilimin xalası qızı Könka (Könül) çıxır. Və "ictimai" əleyhdarlar (mühit!) nə qədər amansız olsalar da, iddiaları haradasa məhz ictimai xarakter daşıdıqlarına, cəmiyyət tərəfindən qınandığına görə Ərəl onları öz həqiqətinə inandıra bilir, Könka isə dərəcə fərdi (heyvani) ehtirasların təsiri altına düşdüyündən heç cür ipə-sapa yatmır.

Macəra romanları, bir qayda olaraq, hadisələrin bir-biri ilə məntiqi bağlılığına ona görə loyal yanaşır ki, həm həyatın özü gözlənilməyən və ya heç bir məntiqə sığmayan olaylarla - təsadüflərlə zəngindir, həm də macəraçılıq estetikası süjet boyu hər dəfə yeni maraqlı bir əhvalatın gəlməsini tələb edir. "Cincilim" müəllifi bu şərtlərə riayət eləməklə bərabər, təbii bir sövq ilə məhz "hadisənin hadisədən törəməsi" üsuluna üstünlük verdiyindən onun çəkdiyi "həyat mənzərələri" kifayət qədər real, canlı və koloritlidir.

Ona görə də romanı oxuduqca hərdən hərflər, sözlər, cümlələr tədricən görüntüdən silinir, onları qəribə bir plastika ilə kinofilmin kadrları əvəz edir. Və istedadlı bir rejissor, azacıq bir maliyyə mənbəyi olsaydı, gözəl bədii film, yaxud serial alınardı.

Bəhruzun hər iki romanında sənədlilik sadəcə kəmiyyət göstəricisi deyil, bədii mətnin keyfiyyətinə əhəmiyyətli təsir göstərən hadisədir ki, həmin sənədlilik hər yerdə - əhvalatlarda, obrazlarda, mənzərələrdə, surətlərin nitqində də müşahidə olunmaqdadır.

Məsələn, "Cincilim"də Azərbaycanın Arazqırağı kəndlərindən birinin məlum hərc-mərclik illərindəki vəziyyətinin təsviri çox səciyyəvidir:

"İranla ara açılmışdı. Oxuya bilmədiyimiz əlifbada yazısı olan saqqızlar, otuz saniyəyə yeyib qurtarmağa mərc gəldiyimiz "Bakuş"lar və biskvitlər dəbə düşdü. Qoxusundan dadlı şey olduğunu hiss edirdik. Bu cür şeylərlə yanaşı, İrandan narkotik də gəlməyə başladı. Buradan isə İrana gizli yollarla araq daşınmasının əsası qoyuldu. Türkiyədən geyim, musiqi kasetləri və porno-kasetlər ölkəmizə ayaq açdı. Rusiyadan ancaq pul gəlir, Gürcüstandan heç nə gəlmirdi. Ermənistan tərəfdən isə ancaq qaçqınlar və şəhid cəsədləri..."

Həmin illərdə kənd yerlərində özünü göstərən yeni ovqat, əhval-ruhiyyə, düşüncə-xəyal meylləri də baş qaldırmaqda idi:

"Elə bilirdilər ki, Bakıda yaşasalar, həyət-baca işlərindən canları qurtaracaq. Bacım elə bilirdi, Bakıya çatan kimi hansısa oliqarxın oğlu Məcnun kimi vurulub bütün həyatını onu xoşbəxt etməyə xərcləyəcək. Kəndin gənc gəlinləri Bakı havası ilə alışıb yanırdılar.

Örüş torpaqları zəbt edildikcə kənddən şəhərə axın gücləndi. Bəzən bütöv bir nəsil qəfil yoxa çıxırdı. Evlərin darvazalarına səliqəsiz şəkildə "satılır" sözü yazıldı. Bakı sakinləri "tıxac" sözünü ilk dəfə həmin vaxtlar eşitməyə başladılar".

Bəhruz portret ustasıdır, onun hər iki əsərində saysız-hesabsız insan portretləri əks olunmuşdur: birinci romanda zindan qoruqçusu Ənəsin, atılmış Selcana analıq etmiş, körpələr evinin tərbiyəçisi Mədinə xanımın; ikinci romanda Ərəlin ata-anasının, baba-nənəsinin, Dıbışın evdə qalmış bacılarının portretləri; eləcə də hər iki əsərin xanım qəhrəmanları Selcanla Cincilimin müxtəlif "pozalı" portretləri diqqəti cəlb etməyə bilmir. Və o, çox hallarda insan mənzərəsinin geniş panoramlı portretlərini yaradır. Məsələn, "Cincilim"də Bakıdakı "28 May" metro vağzalı qarşısındakı meydanın təsviri canlılığı, detal və təfərrüatlarının yerli-yerində olması öz yerində, ictimai məzmunu, insan mənzərələri: satanı, alanı, polisi ilə birlikdə mükəmməl sənət əsəridir.

Bəhruz Romançının təhkiyəsi nə qədər həzin, romantik, hətta bəzən sentimentaldırsa, ideya-estetik üslub maneraları o qədər sərt, israrlı, amansızdır: qəhrəmanlarını məcbur edir ki, daxili aləmlərini, düşüncələrini, hisslərini sona (tükənənə!) qədər üzə çıxarsınlar. "Günəşin kölgəsində" Selcanın "ata"sı Vüsalın "ailə"si barədəki detallar, oliqarx qızı Floranın itə baxan Azərə göstərdiyi "məhəbbət"; "Cincilim" də Ərəlin Vaqiflə (Cincilimin atası ilə) söhbəti, əsgərlik əhvalatları və s. fövqəlinsani səciyyə daşıyır desək, görünür, səhv etmərik.

İnsani olanla qeyri-insani olan həyat hadisələri arasındakı müqayisələrdə təsirli məqamlardan biri bundan ibarətdir ki, Ərəl yeni ailə qurmuş bacısıgilə qonaq gedir:

"Mosu evdə yox idi. Bacım dedi:

- Ərəl, bunlar ləlöyün imiş.

Bundan sonra ürəkdən güldüm. Bacım da güldü. Gülə-gülə dedim:

- Öl elə. Sənə bu da azdı. Sənin nə itin azmışdı bu Azıx mağarasında?

- Bunlara baxanda Azıx mağarasında əməlli-başlı mədəniyyət olub. İnan, yazıq Mosu günü iki "şirvan"a işləyir, evə nəsə alıb gətirir, ərzağı evin giriş qapısında necə pardaqlayırlarsa, mənə gəlib çatmır".

Bəhruzun dil-üslub, təhkiyə imkanları son dərəcə zəngindir, o, hər mühitin, hər şəraitin, hər zümrənin dilində danışmağı bildiyi kimi, özünün ümumən macəra romançısı dilini də yaratmağa ciddi cəhdlər göstərir. Ancaq həmişə uğur qazandığını da demək doğru olmazdı. Bəzən vulqar sözlər, ifadələr o qədər çoxalır ki, üslubi təsirini itirib "küçə danışığı"na çevrilir.

Romanların qəhrəmanları, əsasən, yeniyetmələr, gənclər, "qeyri-rəsmi dünyanın" nümayəndələri olduğundan burada jarqon leksikasının "zənginliy"i gərək etiraz doğurmasın, bununla belə həddi aşmaq da əsərin ideya-estetik dəyərini zədələyir. Obrazların dilində işlənən rus mənşəli danışıq dili sözlərinə gəldikdə isə, burada elə bir qüsur yoxdur, çünki bu sözlərin yerinə, müəllif dilində olduğu kimi, məsələn, "kravat" əvəzində "çarpayı" işlədilsə, təbii ki, xarakterin bütövlüyünə xələl gələcəkdir.

Bəhruz Tağızadənin (Romançının) hər iki romanında son dərəcə güclü (və müasir!) xarakterlər yaradılıb. Və ilk növbədə həmin xarakterlərin sayəsindədir ki, süjet, əhvalatlar nə qədər şaxələnirsə-şaxələnsin kompozisiya, əsərin ideya-məzmun sütunu öz möhkəmliyini qoruyub saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see517

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see267

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

19 Sentyabr 2025 12:35see203

Antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi

18 Sentyabr 2025 14:21see186

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see162

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see148

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

18 Sentyabr 2025 00:37see145

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see145

Qərbi Azərbaycan Xronikası: Böyük Ermənistan xülyası necə uydurulub?

17 Sentyabr 2025 22:39see143

22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI VİDEO

18 Sentyabr 2025 00:25see142

“İnsanın gələcəyi: Genlərdən çox mədəniyyət bizi dəyişdirir“ Yeni elmi araşdırma

17 Sentyabr 2025 23:42see138

İstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib

18 Sentyabr 2025 02:28see137

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

19 Sentyabr 2025 16:49see136

Yaşlanmaqdan qorxanlar oxusun!

18 Sentyabr 2025 03:24see135

Dizləri, oynaqları ağrıyanlar Bu payız meyvəsini yesin

17 Sentyabr 2025 21:02see134

Sabah Bakının bu rayonunda su olmayacaq

18 Sentyabr 2025 22:53see131

Dövlət Suverenliyi Günü Dövlətçiliyimizin qürur tarixidir ŞƏRH

18 Sentyabr 2025 11:56see129

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab

19 Sentyabr 2025 13:47see120

Günəş yavaş yavaş oyanır Proqnozları alt üst edən dəyişiklik

18 Sentyabr 2025 09:13see120

Aston Martin in ehtiyat sürücüsü: Bakı treki çətin, eyni zamanda ən sürətlilərdən biridir

18 Sentyabr 2025 19:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri