Gəncə Dövlət Filarmoniyasında Məmmədağa Umudovun müəllif gecəsi keçirilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 may, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır” adlı müəllif gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə tədbirin ideya müəllifi, Qabaqcıl təhsil işçisi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və aparıcı konsertmeysteri Svetlana Əhmədova, professor, Etnomusiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış ediblər.
Məmmədağa Umudov diskussiya zamanı öz yaradıcılıq yolundan, müəllifi olduğu "Qarabağ Azərbaycandır", “İncinin arzuları”, "Qələbəyə doğru" əsərlərindən, “Prelüdlər”in yaranmasından söhbət açıb.
Sözügedən əsərləri respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının konsertmeysterləri Rəna İmanova (fortepiano), Aysel Şahbazlı, magistr Samir Əsədli (tar), AMK- nın nəzdində İncəsənət Gimnaziyasının şagirdi Cəlalə İsmayılzadə (violonçel) səsləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 May 2025 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















