Icma.az
close
up
RU
Gəncə Dövlət Universiteti 8 nüfuzlu ali məktəbin siyahısında

Gəncə Dövlət Universiteti 8 nüfuzlu ali məktəbin siyahısında

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Gəncə Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə Times Higher Education Asiya Ali Təhsil Mükafatları Müsabiqəsində Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitet siyahısına düşmüşdür. Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən hər il təşkil olunan Asia Ali Təhsil Mükafatlarının (THE Award Asia) 2025-ci il üçün qısa siyahısı  açıqlanıb. Təşkilatın sözləri ilə bu mükafatlar ali təhsil məkanında “Ali təhsilin Oskarı” kimi qəbul olunur. Bu mükafatlar regionda ali təhsildə diqqətəlayiq nailiyyətləri qeyd etmək üçün maraqlı bir platformadır.  Bu müsabiqədə Gəncə Dövlət Universiteti “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyasında iştirak edib. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı, və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət edib.

Times Higher Education tərəfindən verilən məlumata görə müsabiqə 10 kateqoriya üzrə keçirilmiş və hər kateqoriya üzrə 8 universitet qısa siyahıya düşmüşdür. Müsabiqəyə 500 dən çox universitet müraciət etmişdir. Qeyd edək ki, 2019-cu ildən bu yana təşkil olunan müsabiqədə ilk dəfə olaraq Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazı təmsil edən bir universitet THE Awards müsabiqəsində qısa siyahıya düşmüşdür. Müsabiqənin qaliblər isə 22 apreldə, THE Asiya Universitetləri Sammitinin ilk günündə Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.

Qeyd edək ki, Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulmuşdur. Bu proqram çərçivəsində Gəncə Dövlət Universitetinin Dayanıqlı Ağıllı Şəhərlər Mərkəzinin tərəfdaşlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, və İngiltərənin Atkins Realis təşkilatından ibarət konsorsium Gəncə şəhərinin Yaşıl Şəhər Fəaliyyət Planını hazırlamışdır. Bu plan 15 illik bir dövr üçün hazırlanıb və Gəncə şəhərində çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq, yaşıl ərazilərin salınması, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xəttləri infrastrukturunun yaradılması, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri