Icma.az
close
up
RU
Gəncə Dövlət Universiteti ilk dəfə dünyanın ən yaxşı 100 universitetin siyahısında

Gəncə Dövlət Universiteti ilk dəfə dünyanın ən yaxşı 100 universitetin siyahısında

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Gəncə Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə olaraq WURI (The World University Rankings for Innovations – Dünya universitetlərinin innovasiya üzrə reyrinqi – (www.wuri.world) Reytinq sistemində 16 kateqoriyadan biri olan “A8. Qlobal çağırışlara DİM-əsaslı (Dayanıqlı İnkişaf Məqsədləri) cavablar (A8. SDG-Based Responses to Global Challenges)” üzrə ilk 100 universitet siyahısına düşüb.

WURI Reytinq sisteminin nəticələri 12 iyul 2025-ci il tarixində Filippində təşkil edilmiş “WURI – 2025 Hibrid Konfransı”nda açıqlanmışdır. Bu uğur münasibətilə bütün universitetin əməkdaşlarını təbrik edirik. Qeyd edək ki, WURI reytinq sisteminin qiymətləndirmə prosesinə Gəncə Dövlət Universitetinin əməkdaşları mütəxəssis olaraq cəlb edilmişdir. Təşkilatçılar tərəfindən universitetin prosesdə iştirak edən əməkdaşları Cənubi Kareya Respublikasında 24-26 sentyabr tarixlərində təşkil ediləcək “WURI qlobal konfransı”na dəvət edilmişdir. Konfransda həmin şəxslərə təşkilatçılar tərəfindən “İnnovasiya sahəsində mütəxəssis” beynəlxalq sertifikatı veriləcəkdir.Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan WURI tərəfindən bu müsabiqə 2020-ci ildən etibarən təşkil olunur.

WURI reytinq sistemi universitetlərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini (SDGs) öz təhsil və tədqiqat fəaliyyətlərində necə tətbiq etdiyini müəyyən edir. Sistem, universitetlərin keyfiyyətli təhsil, iqlimlə bağlı fəaliyyət, bərabərsizliklərin azaldılması və dayanıqlı şəhərlərin yaradılması kimi 17 DİM-i öz kurikulumlarına və tədqiqat təşəbbüslərinə necə inteqrasiya etməsini ölçür. Eyni zamanda bu reytinq sistemi universitetlərin tələbələri və ictimaiyyəti qlobal çağırışların öhdəsindən gəlmələri və davamlı gələcəyə töhfə vermələri üçün nə qədər bilik və bacarıqlarla təmin etməsini ölçür.

Universitet müsabiqəyə Gəncə Dövlət Universitetinin Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzinin tərəfdaşlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir. Bu plan 15 illik bir dövr üçün hazırlanıb və Gəncə şəhərində çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq, yaşıl ərazilərin salınması, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xəttləri infrastrukturunun yaradılması, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri əhatə edir. Gəncə Dövlət Universitetinin əməkdaşları bu layihənin yerli kordinatoru vəzifəsini icra etmişlər.Müsabiqədə ümumilikdə 87 ölkə üzrə 1253 universitet iştirak edərək 16 kateqoriya üzrə 4866 layihə ilə müraciət etmişdir. WURI reytinq sistemi, 16 kateqoriyadan istifadə edərək innovativ yanaşmalarda üstün olan ali təhsil müəssisələrini seçməklə onları elmi-tədqiqat və innovasiya sahəsində daha da ruhlandırmaq məqsədi daşıyır. WURI – sənaye və cəmiyyətə real təsiri qiymətləndirən, sosial məsuliyyət, etika və dürüstlüyə dəyər verən, gələcək potensialı vurğulayan, qarşılıqlı öyrənməyə imkan verən və ümumilikdə innovasiyanı təşviq edən sıralama sistemidir. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin innovasiya sahəsində əldə etdiyi bu uğuru ilk deyil. Bundan öncə cari ilin əvvəlində universitet eyni layihə ilə Azərbaycan universitetləri arasında ilk dəfə “Times Higher Education Asiya Ali Təhsil Mükafatları Müsabiqəsi”ndə Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitet siyahısına düşmüşdür. Təşkilatın sözləri ilə “Asiya Ali Təhsil Mükafatları” mükafatlar ali təhsil məkanında “Ali təhsilin Oskarı” kimi qəbul olunur. Bu mükafatlar regionda ali təhsildə diqqətəlayiq nailiyyətləri qeyd etmək üçün maraqlı bir platformadır.

Times Higher Education tərəfindən verilən məlumata görə müsabiqə 10 kateqoriya üzrə keçirilmiş və hər kateqoriya üzrə 8 universitet qısa siyahıya düşmüşdür. Müsabiqəyə 500 dən çox universitet müraciət etmişdir. Qeyd edək ki, 2019-cu ildən bu yana təşkil olunan müsabiqədə ilk dəfə olaraq Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazı təmsil edən bir universitet THE Awards müsabiqəsində qısa siyahıya düşmüş və Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunub.

Reytinq sistemləri tərəfindən təşkil olunmuş müsabiqələrdə qazanılmış uğurlar sübut edir ki, Gəncə Dövlət Univeristeti akademik və elmi-tədqiqat sahəsində qarşıya qoyulmuş məqsədlərinə doğru inamla addımlamağa davam edir. Bu nailiyyətlərin əldə edilməsi, universitetin reytinq sistemlərində iştirakına əhəmiyyətli dərəcədə təsir etmiş və beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılmasına birbaşa təsir göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri