Icma.az
close
up
RU
Menu

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ RƏHBƏRLİYİN TALANÇILIĞINA NƏ VAXT SON QOYULACAQ? Yeni Gündəm

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ RƏHBƏRLİYİN TALANÇILIĞINA NƏ VAXT SON QOYULACAQ? Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Rektorun bu özbaşınalığının arxasında Mikayıl Cabbarov və Ceyhun Bayramov dayanır. Ona görə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Ceyhun Bayramovun qardaşı Azər Bayramov isə Maliyyə Nazirinin müavinidir və Yusif Yusibovla çox yaxındırlar. Sahil Babayevin Maliyyə Naziri təyin olunması kollektivdə sevinclə qarışlandı ki, bəlkə bu özbaşınalıqların qarşısı alına. Rektor o qədər “uzaqgörəndir” ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz korrupsiya əməllərini qanuniləşdirir.
Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq, Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur. Yeni il, Novruz bayramı ərəfəsində respublikadakı digər universitetlər işçilərə maaşları müqabilində bayram hədiyyəsi verdi. Bayram münasibəti ilə ən az pul verən universitetlər 300 manat bayram hədiyyəsi verilməsi haqqında qərar verdi. Yusif Yusibov isə hər iki bayramda hər əməkdaşa 50 manat pul verilməsi haqqında göstəriş verdi, bu hədiyyə verilmiş 50 manata da vergi tətbiq olunur, nəticədə 37-38 manat pul qalır, bu kollektivi təhqir etmək deyilmi??? Ayıb deyilmi, 37 manata nə düşür ki, bunu da bayram hədiyyəsi adlandırırlar. “Kimya və biologiya müəllimliyi” ixtisasında pedaqoji fəaliyyətlə məşğul olan, guya “xüsusi bacarıq və səriştələri olan müəllimlər”in əmək haqlarına əlavələr olunur. Rektorun özü həmin fakültənin əməkdaşı olduğundan maaşlarına əlavələr edilən müəllimlər onun yaxın ətrafıdır. Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dekan və kafedra müdirləri məcbur oub öz maaşları hesabına kağız alır, dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar. Universitetdə maaşları qaldırmağa pul tapmayan rektor xidməti maşın almaqda davam edir. GDU-da 8 xidməti maşın var. Rektorun köməkçisinə, 4 prorektora, rektorun müşavirinə, magistr təhsili olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə belə xidməti maşın və sürücü ayırıblar. Rektorun özünün xidməti maşını olduğu halda, bu günlərdə “Leksus” modelli ən son model daha bir bahalı xidməti maşın aldı. Universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənovun əli ilə rəhbərlik tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız Vasif Həsənova yaxın olan bir neçə şəxslər faydalanır. Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxsin ya özü, ya da yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir. Universitetin Akreditasiyası zamanı ən az balı İnnovasiyalar Deportamenti alıb. Bunlar öz işlərini düzəltmək əvəzinə bütün günahları kollektivin üzərinə atırlar. Bu deportamentdə 5 şöbə var, bunların nə işlə məşğul olduğu və funksiyası məlum deyil. Bu şöbə öz funksiyasına aid olmayan işlərlə məşğuldur, məsələn imtahanların götürülməsi işi ilə. Deportamentin direktoru Vasif Həsənov əl altdan prorektor Şahin Xurşudovun quyusunu belə qazıb, onunla rektorun arasını vurub, prorektor olmaq sevdasına düşüb.
Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar. Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır, bir dərsdə beş-altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir. Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?
Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə müxtəlif adamları göndərib təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır. Bu semest keçirilən imtahanlarda təkcə İqtisadiyyat fakültəsində 1700- dən artıq imtahan kəsiri var. Elə tələbə var ki, bir neçə imtahandan kəsilib. Bu kəsirlər Şahin Xurşudovun əl altdan aldığı rüşvət hesabına imtahandan xeyli müddət keçməsinə baxmayaraq listləri dəyişdirməklə düzəldilir. İmtahandan yığdığı bullar buna bəs etmir. Bu adam pul çıxan hər şeyə girişir. Müxtəlif adamları rüşvət müqabilində universitetə müxtəlif vasitələrlə müəllim təyin etdirir. Belə şəxslərdən biri də işlədiyi bütün yerlərdən biabırçılıqla qovulan Mais Gülalıyevdir. Gözü götürməzlik, yanlış məlumat vermək, mərdiməzarlıq və onun-bunun dalınca danışmaq Mais Gülalıyevin həyat tərzidir. Bu adam vaxtı ilə Soros fondu ilə əlaqəli olub, İqtisadiyyt İnstitutunda, Mingəçevir Dövlət Universitetində, Azərbaycan Texologiya Universitetində və s. kimi yerlərdə rəhbər vəzifələrdə çalışıb, işlədiyi yerlərdən isə biabırsızcasına qovulub. Bu şəxc həm də Azərbaycan Yaşıllar Partiyasının Sədri olub. İndi isə Şahin Xurşudova verdiyi rüşvətin sayəsində Gəncə Dövlət Universitetinə transfer olub. Hələ bu azmış kimi verdiyi rüşvətin müqabilində Şahin Xurşudov onu Menecment və Turizm işi kafedrasına müdir təyin etdirməyə çalışır. Halbuki həmin kafedranın hal-hazırda müdiri işləyən Əli Allahverdiyev işlədiyi sahədə respublikada kifayət qədər dəst-xətti olan, savadlı, kifayət qədər iş təcrübəsinə malik, fakültədə xüsusi nüfuza malik bir şəxsdir. Lakin Şahin Xurşudova belə kadr lazım deyil. Ona rüşvət verən ,eyni zamanda bu işdə kifayət qədər təcrübəsi olan adam lazımdır. Yığdığı rüşvətlərin hesabına bahalı maşınlara, Bakıda, Tovuzda eləcə də Gəncədə kifayət qədər obyektlərə və daşınmaz əmlaka sahiblənməyi bacarıb. İndi isə şəhərin yaxşı yerində Sehrli dayə adlı uşaq başçası açıb. Bu baxçanın yerləşdiyi çox mərtəbəli villa da Şahin Xurşudovun mülkiyyətindədir. Hal-hazırda müxtəlif adamlardan işə qəbulla bağlı pullar alıb, lakin rüşvətin miqdarında rektora fırıldaq gəldiyi üçün rektor tərəfindən gözdən salınıb. Rektor həmin şəxslərin əmrini vermir, bu da həmin rüşvət verənlərin əlində qalıb.Verdiyi rüşvəti geri tələb edən adamlar onun kabinetinin qarşısında növbəyə dayanır.
Kollektiv gözləyir ki, Təhsil Naziri Emin Əmrullayev rektor Yusif Yusibovun, onun pul yığanları Vasif Həsənovun, Şahin Xurşudovun cinayətkar əməllərinə nə vaxt son qoyacaqdır????
Hörmətlə, Gəncə Dövlət Universitetinin bir qrup müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Mart 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see234

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see208

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see198

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see195

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see174

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see151

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see139

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see138

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see138

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see136

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see134

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see130

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see130

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see127

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see124

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see123

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see122

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see122

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see122

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri