Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Gəncə hadisələri lidersizliyin, dərəbəyliyin faciəsi idi

Gəncə hadisələri lidersizliyin, dərəbəyliyin faciəsi idi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

4 iyun qarşıdurmasından 32 il keçir

Əslində Gəncədəki 4 iyun hadisələri insanlığın, insanın, onun xarakterinin, necə deyərlər, içinin həm də bir sınağı idi. 4 iyun hadisələri çoxunun iç üzünü açıb göstərdi.

...Günəşli, bir qədər sərin, ara-sıra çiskin yağışlı gün idi. Amma şəhər çox erkən oyanmışdı. Çünki adamlar həmin səhər pəncərələrindən top-tüfəng səslərinə boylanmışdılar və əvvəl nə baş verdiyini anlamamışdılar. Amma bir azdan...

Məlum olmuşdu ki, hökumət qoşunları şəhərdəki hərbi hissəyə hücum ediblər və nəticədə çox ciddi qarşıdurma yaranıb, ölən və yaralananlar olub. Gəncə hadisələrini araşdıran komissiyanın yekun protokolundan: “Şahidlərin məlumatından və komissiya üzvlərinin müşahidələrinə əsasən məlum olmuşdur ki, 4 iyun 1993-cü il tarixdə, səhər saat 6 radələrində 130 nömrəli hərbi hissənin ərazisindən istifadə etməklə 709 nömrəli hərbi hissəyə tank, BMP, BTR və digər hərbi texnikalar vasitəsilə geniş hücum təşkil edilmiş, tank tırtılları altında kazarmada yuxuda olan əsgərlərdən 12 nəfəri əzilmiş və vəhşicəsinə məhv edilmişdir. Eyni zamanda, həmin kazarma top, minaatan və başqa silahlardan atəşə tutularaq tamamilə yandırılmış və daş-kəsək altında əsgərlərin cəsədləri qalmışdır. Komissiyanın məlumatına görə, basqın zamanı 69 nəfər hərbi qulluqçu və mülki şəxs öldürülmüş, 150-dən çox əsgər və zabit yaralanmışdır. Qarşı tərəfin cavab atəşi nəticəsində Bakıdan və ətraf rayonlardan gətirilmiş daxili qoşunların xüsusi təyinatlı dəstələri tərksilah olunmuş, 1250 hərbi qulluqçu girov götürülmüşdür...”

Bilmirəm 4 iyun gününü necə adlandırmaq lazımdır. Qara günmü, yoxsa qaragüruhçuluğun süqutu günümü? Məlum məsələ idi ki, AXC–Müsavat iqtidarı ölkəni idarə edə bilmirdi. Səriştəsiz, iddialı adamlar xalqın və dövlətin taleyi üçün qətiyyən məsuliyyət daşımırdılar. Hakimiyyətə elə adamlar gətirilmişdi ki, bunların idarəetmədən qətiyyən anlayışları yox idi. Yazılarımın birində qeyd etmişdim. “Bəy”lərin hakimiyyəti dövründə qəzetimiz prezident aparatının təsisçiliyindən çıxmış, müstəqil şəkildə gündəlik ictimai-siyasi qəzet olaraq öz nəşrini davam etdirirdi.

Bir dəfə hansısa məsələni araşdırmaq üçün Samux Rayon İcra Hakimiyyətinə getməli oldum. Başçının köməkçisinə dedim ki, gəldiyimi Rasim Mürsəlova bildirsin. Rasim Mürsəlov 1988-ci ildən Gəncədəki mitinqləri idarə edən adam idi. Elə bu “xidmətlərinə” görə Gəncəyə deyil, qonşu Samux rayonuna başçı təyin “etmişdilər”. İçəri daxil olanda gözlərimə inanmadım. Siqaretin tüstüsündən göz-gözü görmürdü. Mürsəlovun “Bəy, yaxın gəlin, əyləşin” sözlərini eşitməsəydim, yəqin ki, qatı tüstüdən onun harada, hansı stulda əyləşdiyini də görməyəcəkdim. Qarşı tərəfindəki masanın kənarlarında 5–6 “bəy” əyləşmişdi. Hamısının da dodaqlarının arasından sanki “parovoz”dan buxar çıxırdı. Bir neçəsi də ayağını qaldırıb masanın üstünə qoymuşdu. Başçı bu mənzərəni diqqətlə süzdüyümü hiss edib bir qədər sərt şəkildə “ay uşaqlar, 5–10 dəqiqə mənə imkan verin müəllimlə söhbət edim”, – dedi.

Düzü, bilmədim nə deyəm. Hətta “bəylər” kabineti tərk etdikdən sonra da nəyə gəldiyimi unutdum. “Nə yaxşı gəlmişdiniz?” deyə soruşsa da, “heç , elə-belə” deyib tələsik oranı tərk etdim...

Təsvir etdiyim epizodu təsadüfən xatırlamadım. Bu iqtidar özü də bilirdi ki, belə “kadrlarla” ölkəni idarə edə bilməyəcək.

Ən qəribə və əcaib mənzərə isə bu idi: dünənə kimi Xalq Cəbhəsinin mitinqlərində havaya yumruq qaldıran, “azadlıq” bağıran “demokrat”ların bir çoxu artıq Surət Hüseynovun ətrafında birləşməyə başlamışdılar. Bütün günü “bəy”lərin yanından əl çəkməyən birisi haqqında danışırdılar ki, iyunun 4-dən sonra “Qonaq evi”nin (Surət Hüsenovun qərargahı orada yerləşirdi) həndəvərindən çəkilmir, əynində də əsgər paltarı. Təsadüfən qarşıma çıxdı. Dözməyib “nə tez?” deyə soruşdum. Deyəsən başa düşdü ki, nə demək istəyirəm. Yazıq-yazıq üzümə baxıb “müəllim, nə edim, bir külfət balam var...” deyib, tələsik aralandı.

...İqtidar qoşunlarının hücum etdiyi hərbi hissə yaşayış binalarının sıx olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə yerləşir. Səhərin gözü açılmamış ora tanklar, BTR-lər yeritmək ağılsızlıq idi. Neçə-neçə cavan, qoca, uşaq həlak oldu. Sonrakı günlərdə Gəncə döyüş meydanını xatırladırdı. Hava limanı, şəhərin digər tikililəri dağılmışdı.

Gəncə Hava Limanının direktoru Bəylər Nəcəfov danışırdı ki, “iyunun 3-də Gəncənin hava limanına TU-154 təyyarəsi enmişdi. Əvvəlcə başa düşməmişdik ki, bunlar kimdir, nəyə gəliblər. Təyyarənin içərisində 300–350 nəfərə qədər hərbi qulluqçu görəndə hiss etdik ki, böyük fəlakət baş verə bilər. Hərbçilərin yarısı avtobuslara minərək, 709 nömrəli hərbi hissəyə getdi. Yarısını isə yolda, aeroportun yaxınlığındakı meşəlikdə şəhər sakinləri saxladılar. Burada Surət Hüseynovun da adamları var idi. Hava qaralmağa az qalmış atışma başladı. Gecə saat 2-də “Qrad” qurğularından aeroporta atəş açıldı, bir neçə obyekt məhv edildi. Aeroportun bu cür hücuma məruz qaldığını görən hərbçilərin bir hissəsi qaçdı.

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyi ilə məsləhətləşdik ki, bizim YAK təyyarələrini də məhv edə bilərlər, onları Bakıya göndərmək lazımdır. Gecə saat 4 radələrində Yevlaxdan təyyarəçilər gəldilər, YAK-40 tipli 3 təyyarəmizi Bakıya apardılar. Təyyarəçilərə göstəriş vermişdik ki, işıqları söndürsünlər, havadakı təyyarəni görmək mümkün olmasın, çünki onları da vura bilərdilər. İyunun 5-də səhər saat 9-a yaxın aeroportu yenə “Qrad” qurğularından atəşə tutdular, daha bir neçə obyekt dağıldı. Hava limanı xarabalığı xatırladırdı. Bakıdan, guya, köməyə gələn iqtidar qüvvələri də oradan qaçmışdılar”.

...Əslində, Gəncə hadisələri AXC–Müsavat hakimiyyətinin yarıtmaz və xəyanətkar siyasətinin nəticəsi idi. Faktiki olaraq ölkədə vətəndaş müharibəsi başlanmışdı. O günlərdə küçədə əlində avtomat silah oynada-oynada gedən adamları görmək adi hal almışdı. Axşam saat 6-dan sonra Gəncə ölü şəhər təsiri bağışlayırdı. Sakinlər qorxu içində idilər, həyət-bacada gəzişən və ya küçələrə, parka-xiyabana çıxan şəhər sakini görmək mümkün deyildi. Ətraf rayonlarda da vəziyyət kritik şəkil almışdı. İqtidar nümayəndələri yerlərdə hakimiyyətlərini qorumaq, adamları sakitləşdirmək əvəzinə, mövqelərini gizlincə tərk edirdilər.

Artıq bir sıra ərazilərdə – Lənkəranda, Qusarda, elə Gəncənin özündə və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

S.Hüseynovun nəzarətindəki 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuşdu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdü. Bir qrup xarici jurnalistlə birlikdə mən də girovların saxlandığı həmin zirzəmiyə düşüb baxmışdım. Hətta ölkənin baş prokurorunun “mən Elçibəyin həbs olunması üçün sanksiya imzalayacağam” deməsini də öz qulaqlarımla eşitmişdim. Saralmış stəkanlarda onlara verilən çayın rəngi, dəmir çaydan, çirkli, yuyulmamış qab-qacaq hələ də gözlərim önündədir. Burada da insanın bir gecədə dəyişdiyini, necə deyərlər, ona vəzifə, çörək verəninə qarşı xəyanətini, etbarsızlığını, sifətdən-sifətə düşməsini görüb dəhşətə gəlmişdim.

...Bayaqdan akademik Fuad Əliyevlə o günləri xatırlayaraq maraqlı söhbət edirəm. Fuad müəllim deyir ki, “Heydər Əliyevin ölkənin “olum, ya ölüm?” dilemması qarşısında qaldığı bir vaxtda yenidən hakimiyyətə dəvət olunması və Ulu öndərin xalqın gələcək taleyini fikirləşərək dəvəti qəbul etməsi xəbəri Azərbaycanın hər yerində, o cümlədən, Gəncədə də böyük coşqu ilə qarşılandı.

O günləri mən yaxşı xatırlayıram. Heydər Əliyev iyunun 13-də axşamüstü şəhərə gəldi. İnsan selinin o böyük şəxsiyyəti necə qarşıladığını sözlə ifadə edə bilmirəm. Hamının əli göydə idi, hamı “Heydər, Heydər” deyirdi. Səmimiyyətimə inanın, nə ondan əvvəl, nə də ondan sonra, mən Gəncədə bir o qədər insanın şəhərə çıxdığını görməmişəm”.

Bir faktı nəzərə çatdıraq ki, AXC–Müsavat iqtidarı Ulu öndəri Bakıya dəvət etmək haqqında hələ Gəncə hadisələrinin ertəsi günü düşünməyə başlamışdı. Dahi şəxsiyyətin özü isə bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələr bir daha tarixi gerçəkliyi üzə çıxarmış olur ki, böyük dövlət xadimi hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı.

İyunun 9-da xalq, o cümlədən günlərini qorxu içində keçirən Gəncə sakinləri azacıq da olsa, dərindən nəfəs aldılar. Artıq hamı düşünürdü ki, Heydər Əliyev gəlibsə, demək, qarşıdurmaya son qoyulacaq. İyunun 13-ü günü bu inam bir qədər də artdı.

Həmin günü bu sətirlərin müəllifi də yaxşı xatırlayır. Milli Məclisin iclasında Heydər Əliyevin bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə yola düşməsi xəbəri bütün şəhəri ayağa qaldırmışdı. Gəncəlilər Ulu öndərin yolunu səbirsizliklə gözləyirdilər. Mən də gözləyənlər arasında idim.

Şər qarışana yaxın Heydər Əliyev şəhər icra hakimiyyətinin qarşısındakı meydana gəldi. Məlumat almışdım ki, burada görüşü olmayacaq. Amma Ulu öndər eşidəndə ki, meydanda on minlərlə adam onu gözləyir, onun üzünü görmək, səsini eşitmək istəyir, o zaman burada ayaq saxladı.

Aradan 32 il keçsə də, həmin görüşü yada salanda indi də həyəcanlanır, özümü ələ ala bilmirəm. Bu səhnə xalqın öz liderinə olan məhəbbəti, inamı idi və onu kənardan seyr etmək necə də qürurverici idi! Siz inanırsınız, insanlar ağlayırdılar, bu, sevinc göz yaşları idi.

O da yadımdadır ki, 5 il sonra, 1998-ci il oktyabrın 7-də elə o meydanda Gəncə seçiciləri ilə görüşən Heydər Əliyev həmin günləri xatırlayaraq deyirdi: “Gəldim, ancaq öz üzərimə vəzifə götürmədim. Bir həftə mənimlə danışıqlar getdi. Burada qan tökülmüşdü. Ona görə mən bütün çətinliklərə baxmayaraq, o vaxt həyatımın böyük təhlükə altında olduğunu görərək, böyük riskə gedərək 1993-cü ilin iyun ayının 13-də buraya, Gəncəyə, qardaş qanı tökülən bu qədim diyara gəldim. Burada vəziyyətin nə qədər gərgin olduğunu gördüm. Eyni zamanda, gəncəlilərin mənə nə qədər dəstək verdiyini görərək Bakıya dönüb iyun ayının 15-də Ali Sovetin sədri vəzifəsini öz üzərimə götürməyə razılıq verdim. Məni Ali Sovetə sədr seçdilər”.

…Ertəsi gün Heydər Əliyev dağıdılmış hərbi hissəyə getdi, hadisə şahidlərilə, əsgərlərlə, komandirlərlə görüşdü, onları dinlədi.

Lap yaxınlıqda idim və bu böyük şəxsiyyətin hər sözünü aydın eşidirdim. Hamı istəyirdi ona yaxınlaşsın, ürək sözünü desin. Söhbətin şirin yerində əsgərlərdən kimsə havaya qumbaraatandan atəş açdı və məqsəd nə idi, bilmədik. Səs o qədər dəhşətli idi ki, hamı qorxdu, hətta yerə sərilənlər də oldu.Yaxınlığında olduğumdan aydın görə bildim ki, Heydər Əliyev heç gözünü də qırpmadı. Bircə astadan “Surət, sən bilərsən, bu nə idi?” deyib özünəməxsus şəkildə gülümsədi. S.Hüseynov isə bir qədər duruxub “yəqin əlində təsadüfən açılıb, Heydər Əliyeviç, cəzasını verərik” deyə izahat vermək istədi...

32 il qabaq Ulu öndərin xilaskarlıq missiyası Azərbaycanı fəlakətdən qurtardı. Bu taleyüklü vəzifəni yalnız Heydər Əliyev kimi tarixi şəxsiyyət, təcrübəli siyasətçi, vətənpərvər insan, güclü lider yerinə yetirə bilərdi. Heydər Əliyev Azərbaycanı fəlakətdən qurtarıb inkişaf yoluna yönəltdi, müstəqilliyimizi əbədi etdi.

Ata yolunu çox böyük sədaqətlə, uğurla davam etdirən Prezident İlham Əliyev isə Azərbaycanı güclü dövlətə çevirə bildi, onun ərazi bütövlüyünü bərpa etdi.

Bu gün ölkəmiz dünyada sayılıb-seçilən söz sahibidir. Dövlətimizi nüfuzlu edən onun müstəqil siyasət aparmasıdır, liderinin prinsipiallığı, yenilməzliyidir.

İyun hadisələri xalqımızın tarixinə yazılmış bir tale yazısı olsa da, onun qanunauyğunluqlarını da unuda bilmərik. Bazası, bünövrəsi, təcrübəsi, nüfuzu omayanlara xalq heç vaxt etimad göstərə bilməz və göstərsə də, onun ömrü çox az olar. Elə də oldu...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri