Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Sadıqovvari tənqid və.. nəticə?

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Zirə autsayderə qarşı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Azərbaycan unutmur!: Gəncə faciəsi erməni vəhşiliyinin növbəti sübutudur ŞƏRH

Azərbaycan unutmur!: Gəncə faciəsi erməni vəhşiliyinin növbəti sübutudur ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Naqif Həmzəyev: “Azərbaycan xalqı Gəncə faciəsinə baxmayaraq, mübarizədən dönmədi”



Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub.

Digər iki terrordan fərqli olaraq bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlər və nəqliyyat vasitələri ciddi zərər görüb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.


Deputat Naqif Həmzəyev Sherg.az-a bildirib ki, bu gün II Qarabağ müharibəsindən artıq 5 il ötür:


"Müharibənin gedişində aktiv döyüşlərin getdiyi ərazilərdən çox-çox uzaqlarda yerləşən rayon və şəhərlərimiz, o cümlədən Gəncə şəhəri dəfələrlə uzaqmənzilli raketlərlə atəşə tutuldu. Təəssüf ki, dinc əhalinin yaşadığı məhəllələrə endirilən bu raket zərbələri nəticəsində çoxlu sayda Gəncə sakini şəhid adını aldı, yaralananlar, valideynlərini itirən uşaqlar oldu. Hətta bu hücumların travmasını hələ də üzərindən ata bilməyən insanlar var. Şəhərin infrastrukturu da ciddi şəkildə zərər gördü. Bu raket hücumları nəticəsində biz bir daha erməni vəhşiliyinin və erməni cinayətkarlarının əsl simasını gördük. 1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş Xocalı faciəsi ilə Gəncə, Goranboy, Mingəçevir, Naftalan və Bərdəyə edilən bu raket hücumları arasında müəyyən bənzərlik görürəm. Necə ki, ermənilər 1992-ci ildə törətdikləri soyqırımı ilə azərbaycanlıların gözünü qorxutmaq, xüsusilə qadınlara, uşaqlara və qocalara qarşı qəddarlıq göstərərək insanlarda daimi qorxu hissi yaratmaq istəyirdilər. Bu səbəbdən bir çox kənd və şəhərlərdə ailələr, uşaqlar təhlükəsizlik məqsədilə köçürüldü, yalnız kişilər qaldı. Nəticə etibarilə həmin torpaqlar daha sonra erməni havadarlarının dəstəyi ilə işğal edildi. II Qarabağ müharibəsi zamanı da düşmən eyni məqsədlə – dinc əhalinin gözünü qorxutmaq, müharibənin dayandırılması üçün təzyiq göstərmək məqsədilə bu raket hücumlarını həyata keçirdi.

Ancaq bunun tam əksi baş verdi: Azərbaycan xalqı, xüsusilə də Gəncə sakinləri, hər zaman Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Onlar sona qədər mübarizənin aparılmasını istədilər. Şükürlər olsun ki, Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında qəhrəmancasına vuruşaraq, bütün şəhidlərimizin, o cümlədən Gəncədə həlak olmuş dinc sakinlərin qisasını aldı. Məhz həmin raket hücumları nəticəsində dağıdılmış ərazilərdən birində Memorial Kompleks – xatirə muzeyi inşa olundu və Cənab Prezident İlham Əliyev 27 sentyabr Anım Günü münasibətilə bu kompleksin açılışını etdi. Bu muzey Gəncədə törədilmiş faciələrin xatirəsini yaşadan böyük bir xatirə kompleksidir. Muzeyin ətrafında salınan parkda gələcək nəsillər bu hadisələri unutmadan, tariximizə dərindən bələd olacaqlar".


Deputat əlavə edib ki, sülh bərqərar olsa da, münasibətlər normallaşsa da, biz tariximizi unutmamalıyıq:

"Xüsusilə də dinc sakinlərə qarşı törədilmiş bu kimi müsibətləri unutmaq və unutturmaq olmaz. Bizim borcumuz hər zaman Azərbaycanın güclü və qüdrətli olmasına çalışmaqdır. Azərbaycan güclü olduqca, heç kimin cəsarəti çatıb xalqımıza təhdid yarada bilməz. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bütün şəhid və qazi ailələrinə səbr diləyirəm. Biz şükür edirik ki, Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyev var, güclü ordumuz və əzmkarlığı ilə seçilən dövlətimiz var. Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib, sərhədlərimiz boyunca Silahlı Qüvvələrimiz mövqelərini daha da möhkəmləndirir. Artıq xalqımızı belə təhlükələr gözləmir. Lakin biz yenə də hər zaman ayıq-sayıq olmalı, dövlətimizin, Ali Baş Komandanımızın və liderimizin yanında dayanmalıyıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see235

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see233

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see213

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see205

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see172

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see167

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see144

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see138

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see136

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see132

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see132

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see129

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri