Gəncə Mall da oğurluq EDİLDİ
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncədə bir şəxs eyni mağazadan dəfələrlə bahalı ətir və kosmetika məhsulları oğurlayıb. Onun "Chanel" və "Michael Kors" markalı ətirləri, eləcə də üz kremi talaması nəticəsində şirkətə 3 671 manat ziyan dəyib.
Redaktor.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisələr Gəncə şəhəri, Heydər Əliyev prospekti, 433 ünvanında yerləşən "Gəncə Mall" ticarət mərkəzində fəaliyyət göstərən "Adore Kompani" MMC-yə məxsus "Adore Parfumery & Cosmetics" mağazasında baş verib.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ildə müxtəlif vaxtlarda mağazaya müştəri kimi daxil olaraq vitrindəki məhsullara baxıb. Daha sonra onu heç kimin görmədiyinə əmin olduqdan sonra vitrindən bahalı ətir və kosmetika məhsullarını gizlicə götürüb.
O, oğurluqların birində ümumi dəyəri 781 manat olan iki "Chanel" ətrini, digər hadisədə isə 654 manat dəyərində iki "Chanel" ətrini talayıb. Növbəti oğurluq zamanı isə 584 manat dəyərində iki ətir götürüb.
Təqsirləndirilən şəxs daha sonra mağazadan "Chanel" və "Michael Kors" markalı üç ətir oğurlayaraq 721 manat ziyan vurub. Beşinci epizodda isə həmin markalara aid iki ətir və bir üz kremi götürüb. Bu dəfə mağazaya 931 manat ziyan dəyib.
Beləliklə, beş oğurluq epizodu nəticəsində "Adore Kompani" MMC-yə ümumilikdə 3 671 manat ziyan vurulub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (oğurluğun təkrar törədilməsi) nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:136
Bu xəbər 21 Oktyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















