Rəqsanənin Gəncə konserti ləğv edildi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Rəqsanə İsmayılovanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutması planlaşdırılan konserti keçirilməyəcək.
Axar.az Bizim.Media-ya istinadla xəbər verir ki, 18 mart üçün planlaşdırılan tədbir naməlum səbəbdən ləğv edilib.
Konsertin bilet satışı dayandırılıb, saytdan çıxarılıb və satılan biletlər geri qaytarılıb.
Qeyd edək ki, Rəqsanə qızı Aysunla "İllər sonra" adlı proqramla Filarmoniyada çıxış edəcəyini elan etmişdi. Bu xəbər sosial mediada müzakirə yaratmışdı. Bəziləri ev dustaqlığında olan şəxsin necə konsert verəcəyi ilə bağlı suallar ünvanlamışdılar.
Xatırladaq ki, Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri daha bir ay uzadılıb. Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddətinin martın 4-dən aprelin 4-nə qədər artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Mart 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















