Gəncə sakinindən Birinci vitse prezidentə MÜRACİƏT “Sizdən başqa heç bir dayağımız, güman yerimiz yoxdur...”
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə şəhər sakini Mustafayeva Sücayət Turi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına müraciət daxil olub. Şikayətçi saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət edir:
“Hörmətli Mehriban xanım!
Hörmətli Leyla Əliyeva!
Mən, Mustafayeva Sücayət Turi qızı, Gəncə şəhər sakiniyəm. Anam Məmmədova Gülbəniz İldırım qızı “Amiloidozis (AL tipli)” xəstəliyi ilə mübarizə aparır. Hər kəsə bəlli olduğu kimi, bu, çox nadir xəstəlikdir. Ailəmizin bu xərcləri qarşılamağa gücü çatmır.
Ailədə 4 uşağıq, hər birimiz evliyik. Gücümüz çatan qədər dəstək olmağa çalışırıq.
Bildirdiyim kimi, anamın bu bəlanı nisbətən aşması üçün külli miqdarda vəsait tələb olunur. Valideyn hər yaşda övlada lazımdır. Biz bu deyimlərin hamısını Sizin insanlara qarşı olan qayğınızdan görmüşük. Anamızın müalicə xərclərini etdirə bilməmək bizə çox ağır gəlir.
İnanırıq, əminik ki, Siz bizim bu müraciətimizi tezliklə nəzarətinizə götürüb, Mustafayeva Sücayət Turi qızının müalicəsi ilə maraqlanıb, dərhal müvafiq tapşırıqlar verəcəksiniz. Həkimlər bildirirlər ki, müalicəsi tam olunsa yaşamaq şansı çox olacaqdır.
Hörmətli Mehriban xanım!
Hörmətli Leyla Əliyeva!
Göydə Allah, yerdə Sizdən başqa heç bir dayağımız, güman yerimiz yoxdur. Ona görə, bir daha yalvarıram Sizə, bizə yardım əlinizi uzadıb, anamızın həyata qayıtmasına köməklik göstərəsiniz.
Sizin humanitar və sosial sahədə göstərdiyiniz dəstək fəaliyyətini böyük hörmətlə izləyirik. Tibbi sənədlər, müayinə arayışları, müalicə planı, xərclər barədə hesabat hazırdır və tələb olunarsa müvafiq qurumlara təqdim etməyə hazırıq.
Sizə əvvəlcədən dərin təşəkkürümü bildirirəm və Sizdən müsbət cavab gözləyirəm.
Allah Sizə yar və yardımçı olsun!”
Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















