Icma.az
close
up
RU
“Hürriyyət” Birinci vitse prezidentə müraciət etdi

“Hürriyyət” Birinci vitse prezidentə müraciət etdi

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“Vüqar Məmmədovu qeyd olunan ittihamlarla həbsdə saxlayacaq bir səbəb görmürük”

“Hürriyyət” qəzetinin kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Baş direktor Cəsur Məmmədov tərəfindən ünvanlanan müraciət “Hürriyyət” qəzetinin baş redaktoru, “Hurriyyet TV”nin rəhbəri Vüqar Məmmədovun qanunsuz olaraq həbs olunduğu vurğulanır və M.Əliyevadan onun azadlığa buraxılmasına dəstək göstərməsi xahiş olunur. Müraciəti olduğu kimi dərc edirik:

“Dəyərli Mehriban xanım!

Diqqətinizə çatdıraq ki, 29 oktyabr 2025-ci il tarixində “Hürriyyət” qəzetinin baş redaktoru və “Hurriyyet TV”-nin aparıcısı Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.

31 oktyabrda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham olunan V.Məmmədov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hörmətli Mehriban xanım!

Əminliklə bildiririk ki, istər “Hürriyyət” qəzeti, istər də Vüqar Məmmədovun sahibi olduğu və aparıcılıq etdiyi “Hurriyyet TV” internet kanalı öz fəaliyyəti müddətində hər zaman Azərbaycanın dövlət maraqlarına xidmət edib və özünü cənab Prezident İlham Əliyevin xarici və daxili siyasətinin dəstəkçisi rolunda görüb. Heç də təsadüfi deyil ki, bu səbəbdən istər V.Məmmədov, istər də “Hurriyyet TV” hər zaman xarici ölkələrdə məskunlaşan blogerlərin hədəfinə tuş gəlib, çoxsaylı təhqirlərə, şantaj və böhtanlara məruz qalıb.

Doğrudur, “Hurriyyet TV”-nin efirində zaman-zaman Azərbaycanın dövlət büdcəsini talan edən rüşvətxor və korrupsioner məmurlar tənqid olunub, onların qanunsuz fəaliyyəti ifşa edilib. Amma kimsədə şübhə yoxdur ki, bütün bunlar istər Birinci vitse-prezident olaraq Sizin, istər də Prezident İlham Əliyevin apardığı siyasətə zidd deyil. Çünki cənab Prezident dəfələrlə ölkə mediasını qanunsuz fəaliyyətlə məşğul olan məmurların ifşa olunmasında özünün dəstəkçisi kimi gördüyünü bəyan edib.

İstisna deyil ki, Vüqar Məmmədov da məhz bu çağırışlardan ilhamlanaraq, aparıcılıq etdiyi verilişdə rüşvət və korrupsiya ilə məşğul olan məmurların qanunsuz fəaliyyətini üzə çıxarmaqda maraqlı olub.

Dəyərli Mehriban xanım!

Bilmənizi istərdik ki, “Hürriyyət” qəzeti və Vüqar Məmmədovun rəhbərlik etdiyi “Hurriyyet TV” hər zaman peşəkar media fəaliyyəti ilə məşğul olub, istər baş redaktor, istər də əməkdaşlar heç vaxt hansısa cinayət əməlinə, o cümlədən CM-in 182.2.4-cü maddəsi ilə ittiham olunacaq qanunsuzluğa yol verməyiblər.

Əslində, V.Məmmədovun ilkin olaraq “dövlət qurumlarını nüfuzdan salmaq” ittihamı ilə saxlanılması, evində də məhz bu ad altında axtarış aparılması, sonradan isə ona qarşı 182.2.4-cü maddənin tətbiq olunması da baş redaktorun suçsuz olduğunu deməyə əsas verir.

O cümlədən, V.Məmmədovun istintaqının gedişi də dediyimizi sübut edir. Hansı ki, biz hələ də baş redaktoru qeyd olunan ittihamlarla həbsdə saxlayacaq bir səbəb görmür və istintaqın da əlində mötəbər sübut olduğunu güman etmirik. Hesab edirik ki, Vüqar Məmmədov məhz rüşvət və korrupsiya əməllərinin üstü açılan hansısa məmurun, yaxud məmurların sifarişi ilə həbsə atılıb.

Bu baxımdan, Sizdən xahiş edirik ki, əsassız ittihamlarla həbs olunan Vüqar Məmmədovun istintaq prosesinin obyektiv aparılmasına və günahsız olan baş redaktorun azadlığa buraxılmasına göstəriş verəsiniz.

Sizə öncədən təşəkkür edirik”.

“Hürriyyət”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri