Gəncə sakinlərinin NƏZƏRİNƏ: III MDB Oyunları ilə bağlı bəzi yollar bağlanacaq
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.
Oxu.Az xəbər verir ki, bağlanış mərasiminin keçiriləcəyi 8 oktyabr tarixində Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
- Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;
- Atatürk prospekti;
- Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələri.
Qeyd edilib ki, Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.
Bildirilib ki, 12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.
Məlumatda qeyd olunub ki, Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.
Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.
Baxış sayı:88
Bu xəbər 07 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















