Icma.az
close
up
RU
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!

Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təəssüf ki, ölkəmizin köklü klublarından olan “Kəpəz”lə bağlı son illərdə hər mövsümün əvvəlində olduğu kimi, bu dəfə də ciddi narahatlıqlar var. Çünki yeni”futbol ili”nin başlanmasına bir aydan az vaxt qalsa da, komanda cəmi bir futbolçu – Rojerio Santos ilə güclənib. Ayrılıqların sayı isə daha çoxdu: kollektiv 8 oyunçu ilə vidalaşıb.

Düzdü, düşərgədən verilən məlumatlara görə, baxışda xeyli sayda futbolçu var. Ancaq yeni müqavilələrin imzalanmaması, klubun maliyyə durumunun ürəkaçan səviyyədə olmaması kimi məqamlar tərəfdarların haqlı narahatlığına səbəb olur. Odu ki, komandanın cari durumu, heyətin komplektləşdirilməsi yönündə işlərin qaydasında olub-olmaması və başqa mövzular ilə bağlı bilgi almaq üçün “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovla söhbətləşdik.
– “Kəpəz”də ilk cəhdiniz uğurlu alınmamışdı. 12 oyunda cəmi 1 qələbə qazana bilmişdiz. Bu dəfə uğurlu olacağınıza inanırsızmı? Sizi hansı məqamlar “Kəpəz”ə yenidən cəlb etdi?
– 2023-cü ildə ilk “5-lik”də olan komandalardan xal almağı bacarmışdıq. Lakin müxtəlif səbəblərdən uzun müddət işləmək imkanı olmadı. Amma bu, mənim üçün artıq geridə qalan mərhələdi. Bu gün yalnız qarşıdakı işləri düşünürəm. Uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Heyətdə konkret hansı mövqelərdə boşluqlar var? Daha neçə transfer planlaşdırılır? Maliyyə problemləri futbolçu seçimində nə dərəcədə çətinlik yaradır?
– Təbii ki, bəzi mövqelərdə güclənməyə ehtiyac var. Əsasən də hücum xəttində. Transfer danışıqları davam edir. Məqsəd, sadəcə, say artırmaq deyil, komandaya keyfiyyət qatacaq futbolçular cəlb etməkdi. Yerli oyunçularla yanaşı, legionerləri də diqqətdə saxlayırıq. Büdcə məsələsinə gəlincə, rəhbərliklə daim əlaqədəyik və imkanlar çərçivəsində ən düzgün seçimləri etməyə çalışırıq. Hazırda transfer prosesində ciddi problem görmürəm.
– Onda bu yöndə hadisələrin axarı haqda məlumat verə bilərsiz?
– Seleksiya prosesi davam edir. Hər gün futbolçuları yaxından izləyirik. Tələblərə cavab verən oyunçuları müəyyənləşdirməyə çalışırıq. Tələsmək istəmirik, çünki səhv transfer etməkdənsə, bir az səbr edib, doğru seçim etmək daha vacibdi. Hazırda heyətə bir neçə futbolçunun cəlb olunması planlaşdırılır. Amma yekun rəqəm transfer bazarındakı vəziyyətdən və aparılan danışıqlardan asılı olacaq.
– “Kəpəz” yeni mövsümdə Gəncə şəhər stadionunda, onminlərlə azarkeş önündə meydana çıxacaq. Bəllidi ki, həddən artıq təzyiq olacaq. Özünüzü həmin anlara hazır hiss edirsizmi? Ümumiyyətlə, tərəfdarların sizə münasibəti necədi?
– Mən bunu təzyiq yox, böyük məsuliyyət kimi qəbul edirəm. Gəncə futbol şəhəridi və burda azarkeşlər komandalarını çox sevir. Onların komandadan gözləntilərinin yüksək olması təbiidi. Mən də, futbolçular da bunun fərqindəyik. Azarkeşlərin dəstəyini hiss etmək həmişə xoşdu. İndiyədək mənə göstərilən münasibətə görə hər kəsə təşəkkür edirəm. İnanıram ki, yaxşı oyun və nəticələr olduqca bu dəstək daha da artacaq.
– Maraqlıdı ki, təyinatınızdan bir aya yaxın vaxt keçsə də, köməkçiləriniz hələ açıqlanmayıb. İddialara inansaq, məşqçilər heyətində Kərim Diniyev, Etibar İbrahimov, Fərid Məmmədov kimi adlar var…
– Məşqçilər korpusu ilə bağlı işlər yekunlaşmaq üzrədi. İşləyəcəyim komanda məlumdu. Klub yaxın günlərdə bu barədə ictimaiyyətə ətraflı məlumat verəcək.
– “Kəpəz”dən ayrılan sabiq futbolçulardan birini – Rojerio Santosu yenidən transfer etdiz. Bu proses davam edə bilərmi? Yoxsa daha çox yeni simalara üstünlük veriləcək?
– Bizim üçün əsas meyar futbolçunun adı deyil, hazırkı vəziyyəti və komandaya nə qədər faydalı ola bilməsidi. Əvvəllər “Kəpəzdə çıxış etmiş futbolçu komandamıza kömək edəcəksə, qayıtması mümkündü. Eyni zamanda, yeni simalara da açığıq. Məqsədimiz keçmişə yox, gələcəyə hesablanmış, rəqabətədavamlı kollektiv formalaşdırmaqdı.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyul 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri