Gəncəd iqlim dəyişmələri mövzusunda maarifləndirici tədbir keçirilib
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
9–10 oktyabr 2025-ci il tarixlərində Gəncə şəhərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təşəbbüslərin İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən Gəncə Texnologiya Universitetində “İqlim dəyişmələri problematikasının ali məktəb auditoriyasına gətirilməsinin vacibliyi” mövzusunda tədbirlər təşkil olunub.
Tədbirlərdə iqlim dəyişikliyi sahəsində tanınmış mütəxəssislər çıxış edərək qlobal və regional səviyyədə iqlim dəyişmələrinin təsirləri, eləcə də gənclərin və akademik mühitin bu proseslərdə rolu barədə ətraflı məlumat veriblər.
Tədbirdə Gəncə Texnologiya Universitetinin müəllimləri və tələbələri ilə yanaşı, Gəncə Dövlət Universiteti və Gəncə Dövlət Aqrar Universitetinin nümayəndələri, həmçinin aidiyyəti dövlət qurumlarının regional təmsilçiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirlərdə əsas məqsədi gənclər arasında iqlim dəyişmələri mövzusunda maarifləndirməni artırmaq, ekoloji düşüncənin formalaşmasına və ali təhsil müəssisələrinin iqlim yönümlü təşəbbüslərdə fəal iştirakına töhfə vermək olub. Eyni zamanda gələcəkdə ölkənin digər ali məktəblərinin də bu prosesə fəal qoşulmasının təmin edilməsi üçün koordinasiya mərkəzi yaradılmışdır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















