Icma.az
close
up
RU
“Fərdi məlumatların mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

“Fərdi məlumatların mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunan "İnsan Hüquqları Aylığı" ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binasında “Fərdi məlumatların mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Newscenter.az-ın xəbərinə görə, tədbirdə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Bu mühüm təşəbbüsün davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə İnsan hüquqları günü kimi qeyd edilir.
Bildirilib ki, insan hüquqları sahəsində ən aktual məsələlərindən biri olan “Fərdi məlumatların qorunması” mövzusu müasir dövrdə hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatında mühüm əhəmiyyət kəsb edir. Bu sahədə atılan addımlar ölkəmizdə insan hüquqlarına verilən önəmin bariz nümunəsidir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilib. Ulu Öndərin təşəbbüsü ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində beynəlxalq standartlara uyğun qanunvericilik bazası yaradılıb. Bu siyasət möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu ildə Azərbaycan Respublikası Avropa Şurasının “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyasını ratifikasiya edib. Bu addım ölkəmizin fərdi məlumatların qorunması sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini və vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyinə verdiyi önəmi göstərir.
2010-cu ildə isə Azərbaycanda “Fərdi məlumatlar haqqında” Qanun qəbul edilib. Qanunun məqsədi insan hüquqlarını, azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. Bu qanuna görə, şəxsi məlumatlar yalnız subyektin razılığı ilə toplanmalı, gizli saxlanmalı və üçüncü şəxslərə ötürülməməlidir. Elə həmin ildə də “Fərdi məlumatların mühafizəsinə dair” Tələblər təsdiq edilib.
Tədbir zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı subyektlərin öhdəlikləri izah edilərək fərdi məlumatların mühafizəsi metodları, eyni zamanda bu sahədə qanunvericiliyin pozulması halında nəzərdə tutulan məsuliyyət haqqında geniş məlumat verilib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri