Icma.az
close
up
RU
Gəncədə ad günü dəvəti faciə ilə bitdi: dostunun tanışına ağır xəsarət yetirdi

Gəncədə ad günü dəvəti faciə ilə bitdi: dostunun tanışına ağır xəsarət yetirdi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Gəncə şəhərində 1969-cu il təvəllüdlü Rəhman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Raqifə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin fevralın 6-da baş verib. Həmin gün gecə saat 2 radələrində Rəhmanın tək yaşadığı və çalışdığı, ətrafda kənar şəxslərin olmadığı, Gəncə şəhəri, Gəncə-Bakı şosesi  yolunun 5-ci kilometrinin sağ tərəfində yerləşən, Gəncə şəhər Yaşıllaşdırma İdarəsinə məxsus suvarma sistemlərinin olduğu açıq ərazidə, əvvəlcədən tanıdığı Elxan gəlib.
Elxan ad günü məclisinə Rəhmanı dəvət edən zaman onun yanında olan, əvvəlcədən tanımadığı Raqifin gecə vaxtı icazəsiz onun yaşadığı ünvana gəlməsini, nalayiq ifadə işlətməsini, səs-küy salmasını səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Rəhman ağac budağı ilə Raqifin baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 
Hadisəni törədən Rəhmanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 5-də, saat 10-11 radələrində Elxan ona zəng edib və 1 gün sonra ad günü olduğunu, onu da götürəcəyini deyib: “Həmin gecə saat 02:07-də onları içkili halda qapıda gördüm. Elxan onu tanıyıb-tanımadığımı soruşdu. Mən isə cavabımda onu tanıdığımı, lakin getmələrini istədiymi dedim. Sonuncu ifadəsində onların 3 nəfər olduğunu, 1 nəfərin də sonradan getdiyini bildirdi. Raqifin bizim dalaşdığımızı düşünərək, üstümə gəldi. Mənə qarşı nalayiq ifadələr səsləndirdi. Eləcə də vəfat edən həyat yoldaşımı söydü. Bu səbəbdən də Raqifə ağac parçası ilə xəsarət yetirdim”.
İş üzrə zərərçəkmiş Raqifin sözlərinə görə, Rəhmanı əvvəllər tanımayıb: “Elxan yanımda Rəhmana zəng etdi və Rəhmanın evinə narkotik vasitə almaq məqsədilə getdiklərini söylədi. Rəhmanın evinə gecə saat 1 radələrində getdik. Rəhmangilə yaxınlaşan zaman isə onların mübahisə etdiklərini gördüm. Həmçinin  Rəhman niyə gəldiyimizi soruşdu. Rəhmandan normal danışmasını istədim. Eyni zamanda, Rəhmana söymədim”. 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhman 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri