Icma.az
close
up
RU
Gəncədə ADSEAnın xüsusi texnikalarına baxış keçirildi VİDEO

Gəncədə ADSEAnın xüsusi texnikalarına baxış keçirildi VİDEO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Gəncə şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III oyunları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Gəncə şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.

Bu barədə Modern.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. 

Tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov, Gəncə şəhər Sukanal İdarsənin rəisi Şöhrəddin Verdiyev, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Kamran Məhərrəmov və Agentliyin əməkdaşları iştirak ediblər. Bildirilib ki, növbəti il Gəncədə təşkil olunacaq oyunlar üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi texnikaları hazır vəziyyətə gətirilib. İdarə rəisi Şöhrəddin Verdiyev isə qeyd edib ki, Gəncə şəhəri üzrə 71500 abonentə xidmət göstərilir. İdarənin tabeliyində 24 ədəd texnika var  ki, onlardan 2 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. 

ADSEA-nın nümayəndəsi Ülfət Kazımov bildirdi ki, nəqliyyat vasitələrinin hamısı əsaslı təmirdən çıxıb, hamısı saz vəziyyətdədir.  O, 2025-ci ildə Gəncə şəhərində keçiriləcək Beynəlxalq olimpiadayla əlaqədar hazırlıq işləri getdiyini xatırladıb: 

“ADSEA-nın "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi olaraq biz də baxış keçirdik. Demək olar ki, tam vəziyyətdə hazırıq”. 

Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev Gəncə şəhərində keçiriləcək oyunlarla əlaqədar 6 ədəd texnikanın əsaslı təmir olunaraq, 2 ədəd isə yeni texnikanın verildiyini bildirdi. 

Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyətinə gətirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri