Icma.az
close
up
RU
Gəncədə gizli hazırlanan ispan pilotlar: 90 il sonra unudulmuş tarix filmə çevrildi

Gəncədə gizli hazırlanan ispan pilotlar: 90 il sonra unudulmuş tarix filmə çevrildi

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1930-cu illərdə İspaniyadan Azərbaycana gələrək hərbi pilot hazırlığı keçən gənc könüllülərin həyat hekayəsini əks etdirən "The Aviators of Ganja" adlı yeni sənədli film təqdim olunub.

Redaktor.az xəbər verir ki, film İspaniya Vətəndaş müharibəsi dövründə Sovet İttifaqına göndərilən və Gəncədə (o dövrdə Kirovabad) təlim keçən ispan pilotların taleyindən bəhs edir.

Məlumata görə, 1936-cı ildə general Fransisko Frankonun demokratik hökumətə qarşı qiyamından sonra İspaniya respublikaçıları peşəkar pilot çatışmazlığı ilə üzləşib. Qərb ölkələrindən lazımi dəstək ala bilməyən İspaniya hökuməti pilot hazırlığı üçün SSRİ-yə müraciət edib.

Bildirilib ki, yüzlərlə gənc ispan gizli şəkildə Leninqrad, Moskva, Xarkov və Odessa üzərindən Kirovabad şəhərinə gətirilib. Təlim bazası ciddi məxfilik şəraitində fəaliyyət göstərib, kursantların adları isə rus adları ilə dəyişdirilib.

Qeyd olunub ki, ispan pilotlar ağır şəraitdə hazırlıq keçiblər. Onlar daşlı-kəsəkli uçuş meydançalarında və sadə baraklarda yaşayıb, "Polikarpov U-2" təyyarələrində uçuş bacarıqları əldə ediblər. Dil baryerini aradan qaldırmaq üçün xüsusi rus-ispan aviasiya lüğətlərindən istifadə edilib.

Məlumata əsasən, təlimlərini başa vuran pilotlar daha sonra "Tupolev SB-2" bombardmançıları və "Polikarpov I-15", "I-16" qırıcıları ilə döyüş təcrübəsi qazanıblar.

Bildirilib ki, İspaniyaya qayıdan bu pilotların bir qismi sonradan vətənlərinə dönə bilməyib. 1939-cu ildə təlimi tamamlayan 185 pilotdan 101-i Azərbaycanda qalıb, digərləri isə Meksikaya mühacirət edib.

Qeyd olunub ki, 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra ispan pilotlar yeni sınaqlarla üzləşiblər. Azərbaycanın neft yataqlarının strateji əhəmiyyət daşıması səbəbindən onlar Bakı səmasının və Qafqaz bölgəsinin müdafiəsində iştirak ediblər.

Sənədli filmdə pilot Xose Mariya Bravonun Bakı ətrafındakı neft yataqlarının müdafiəsində xidmət etdiyi də qeyd olunur.

Məlumata görə, müharibədən sonrakı dövrdə həmin pilotların bir çoxu repressiyalara məruz qalıb və keçmişlərini uzun müddət gizli saxlamağa məcbur olublar.

"The Aviators of Ganja" filmi Azərbaycanın Avropa tarixinin az tanınan səhifələrindən birini və Gəncənin həmin dövrdə beynəlxalq hərbi aviasiya hazırlığında oynadığı rolu diqqətə çatdırır.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see489

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see299

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see262

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see239

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see235

Qlobal atmosfer qazanı qaynayır Azərbaycana yeni hava zərbəsi gəlir

11 İyul 2026 15:27see187

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see175

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see172

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see168

Bir neçə saatdan günlərə qədər... Hollivud tarixinin ən qısa evlilikləri

11 İyul 2026 16:22see166

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see164

Azərbaycançılığın təbliği Lerikdə davam etdi

11 İyul 2026 18:20see164

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see163

DÇ 2026: İngiltərə Norveçə, Argentina İsveçrəyə qarşı

11 İyul 2026 14:51see161

Rusları yaxın gələcəkdə partlayıcı qiymət artımları gözləyirlər...

11 İyul 2026 18:33see160

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see158

“Yeni Qorbaçov”a salamlar..!

11 İyul 2026 18:18see157

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see157

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see156

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri