“Gəncədə infrastruktur və yaşıllıqların yenidən qurulması davam edir” MÜNASİBƏT BİLDİRİLDİ
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Gəncə şəhərində beş ağacın çıxarılması ilə bağlı məlumat ictimaiyyətin diqqətini cəlb etmişdir. Araşdırmalar göstərir ki, bu tədbir şəhərin infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin həyata keçirilməsi çərçivəsində aparılır. Hazırda şəhərin küçə və parklarında mövcud yaşıllıqların yenidən qurulması və ekologiyanın yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında "Davamlı Turizmin İnkişafına Dəstək" İB-nin sədri Nərminə Qəribova deyib.
Nərminə Qəribova sözlərinə belə davam edib: “Qeyd edilən işlər qanunvericiliyə tam uyğun olaraq və dövlət tərəfindən həyata keçirilir. Gəncə şəhəri Azərbaycanın həm ictimai, həm də turizm siyasətində əhəmiyyətli rol oynayır və gələcəkdə burada beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Nəticə olaraq, infrastruktur və abadlıq işləri tamamlandıqdan sonra Gəncə şəhəri daha yaşıl, estetik və sağlam bir mühitə sahib olacaq, şəhər sakinləri və ziyarətçilər üçün daha əlverişli ekoloji şərait təmin ediləcək”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















