Icma.az
close
up
RU
Ənənəvi banklar öləcəkmi? MÜNASİBƏT BİLDİRİLDİ

Ənənəvi banklar öləcəkmi? MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"FinTech hərfi mənada maliyyə sektorunda yüksək texnologiyaların tətbiqini ifadə edir. Bu gün biz maliyyə sektorunda müşahidə edilən tendensiyalara nəzər yetirsək, görə bilərik ki, ənənəvi maliyyə təşkilatları, o cümlədən banklar, öz fəaliyyətini daha optimallaşdırmaq və daha çox müştəri seqmentinə xidmət etmək üçün yüksək texnologiyalardan aktiv istifadə edir. Bəzi təşkilatlarda yüksək, digər sözlə, rəqəmsal texnologiyalar daha çox sahələrdə, bəzilərində isə daha az sahələrdə həyata keçirilmişdir. Lakin yeni təsis edilən bankların və digər maliyyə təşkilatlarının bəziləri maliyyə xidmətlərini yalnız rəqəmsal kanallar üzərindən təklif edir və özlərini fintech şirkətləri kimi təqdim edirlər. Əlbəttə ki, bu cür fintech şirkətləri ənənəvi banklardan seçilir və onlara ciddi rəqabət təşkil edirlər. Əgər ənənəvi banklar sürətli və səmərəli şəkildə yüksək texnologiyaların investisiya edərək fintech şirkətlərinə cəlbedici alternativ ola bilsələr, o zaman rəqabətə davam gətirə biləcəklər. Əksinə, sürətlə dəyişən bazar şəraitində ənənəvi maliyyə təşkilatları rəqəmsallaşmaya doğru ciddi addımlar atmasalar, onlar tədricən öz bazar paylarını itirməyə məcbur qalacaqlar". Bu sözləri ABB-İnvest İnvestisiya Şirkəti QSC-nin Pərakəndə müştərilərlə iş departamentinin direktoru Elçin Məmmədov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, fintech şirkətləri banklara rəqib çıxaraq onları yeni və daha çevik idarəetmə sisteminə keçid etməyə və öz resurslarının daha çox hissəsini informasiya texnologiyalara investisiya etməyə məcbur edəcəklər: "Açıq bankçılıq (Open Banking) və onun müştəri məmnuniyyəti baxımından üstünlükləri nələrdir? Düşünürəm ki, açıq bankçılıq prinsiplərinin hər hansı ölkədə tətbiqi müştəri məmnuniyyəti baxımındam müsbət bir addımdır. Çünki bu prinsiplər kredit təşkilatları tərəfindən toplanılan məlumatların, o cümlədən müştərinin maliyyə aktivləri və əməliyyatları üzrə rəqəmsal məlumatların müştərinin sərəncamı və ya razılığı əsasında həmin müştəriyə xidmət edən digər maliyyə təşkilatları ilə müasir kommunikasiya texnologiyalar vasitəsi ilə paylaşılmasını ehtiva edir. Bu isə yeni maliyyə xidmətləri və məhsulları yaradan və müştərilərə təqdim edən fintech şirkətləri üçün müştərilərə qabaqcıl rəqəmsal təcrübələr əsasında həmin xidmət və məhsulların çatdırılması prosesini xeyli yüngülləşdirir. Nəticədə müştərilər ənənəvi maliyyə təşkilatlarının təqdim etmədiyi və ya yüksək xidmət haqqı qarşılığında təqdim etdiyi yeni maliyyə xidmətlərindən daha əlverişli şərtlərlə bəhrələnə bilir və bu da sözsüz onların mənmuniyyətinə müsbət təsir edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri