Icma.az
close
up
RU
Gəncədə “Kistoz Fibroza Dair” kitabının təqdimat mərasimi keçirildi FOTOLAR

Gəncədə “Kistoz Fibroza Dair” kitabının təqdimat mərasimi keçirildi FOTOLAR

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

19 sentyabr 2025-ci il tarixində Gəncə şəhərində "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyinin təşəbbüsü ilə “Sən də gəl, sən də tanı” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Kistoz Fibroza Dair” adlı elmi-tibbi kitabın təqdimat mərasimi keçirildi.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Mərasim Dövlət Himni və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra layihə rəhbərləri, həkimlər və ictimai təşkilat nümayəndələri çıxış edərək kitabın əhəmiyyətindən, kistoz fibroz xəstəliyinə dair maarifləndirmə işlərindən və bölgələrdə bu xəstəliyə diqqətin artırılmasının vacibliyindən danışıblar.

Açılış nitqi ilə layihənin təlimçisi, eksperti və kitabın həmmüəllifi Dr. Azad Əkbərzadə çıxış etdi. Azad Əkbərzadə "Kistoz Fibroza Dair"elmi tibbi kitabın hazirlıq işlərindən ,verilən qısa müddət ərzində belə bir tibbi ədəbiyyatın ərsəyə gəlməsindən və onu hazırda vacibliyindən geniş şəkildə auditoriyaya məlumat verdi.

Ardınca KifYİB-in sədri və layihə rəhbəri Səadət Bayramova təqdimatla çıxış edərək layihənin məqsədləri və görülmüş işlər barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, bu kitab Azərbaycan dilində olan ilk tibbi ədəttiyatdir, həkimlərin masaüstü maarifləndirici köməyi olacaqdır.

Pulmonoloq, kitabın redaktoru və həmmüəllifi Dr. Aynur Quliyeva kitabın məzmunu və hazırlanma prosesindən, həmçinin bu kitabın xəstələrin aşkarlanmasında böyük rol oynayacağınadan bəhs etdi.

Digər çıxışçılar – neonatoloq pediatr Dr. Əkbər Quliyev, pediatr Dr. Nigar Bayramova və pediatr Dr. Şənubər Mahmudova – həm kitabın həmmüəllifləri, həm də Yeni Klinikanın Pediatriya şöbəsinin və Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika, Müayinə və Müalicə Mərkəzinin həkimləri olaraq söz aldılar.

Onlar kistoz fibroz xəstəliyi ilə birbaşa məşğul olan mütəxəssislər kimi tədbir iştirakçılarına xəstəliyin patogenezi, müalicə üsulları və müxtəlif yanaşmaları barədə geniş məlumat verdilər. Həkimlər həmçinin çalışdıqları şöbədə və Kistoz Fibroz Mərkəzində xəstələrin qəbulu, stasionar müalicə prosesləri və göstərilən tibbi xidmətlər barədə də ətraflı danışıblar.

Mərasimdə Gəncə şəhəri və ətraf bölgələrdən həkimlər, xəstə valideynləri, həmçinin nadir xəstəlik daşıyıcıları və onların yaxınları iştirak ediblər. Tədbir iştirakçıları ilə müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil olunub.

Təqdimat çərçivəsində altmış (60) nüsxə kitab tədbir iştirakçılarına; həkimlərə və xəstə ailələrinə paylanılıb. Bundan əlavə, Gəncə şəhər Uşaq Xəstəxanasının baş həkimi Dr. Səbuhi Həsənova qırx (40) nüsxə kitab rəsmi təhvil-təslim aktı ilə təqdim olunub. Ümid edirik ki, ətraf bölgələrdə fəaliyyət göstərən həkimlər də bu kitablardan yararlana biləcəklər. Tədbirin sonunda xatirə şəkli çəkdirilib və iştirakçılar üçün qısa çay-kofe fasiləsi keçirilib.

Qeyd edək ki, Gəncədəki təqdimat mərasimindən sonra KifYİB-in təşəbbüsü ilə yaxın zamanda Bakıda da daha geniş iştirakçı kütləsi ilə ikinci təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bu layihənin əsas məqsədi nadir xəstəliklərdən biri olan kistoz fibroz barədə ictimai məlumatlılığı artırmaq, həkimlər və xəstə ailələri üçün elmi bilikləri əlçatan etmək və bölgələrdə bu xəstəliyə diqqəti daha da gücləndirməkdir.

Fotolar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Sentyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri