Icma.az
close
up
RU
Şəhid Cavanşir Rüstəmova həsr olunan “Əbədiyyət yolçusu” kitabının təqdimat mərasimi keçirildi FOTOLAR

Şəhid Cavanşir Rüstəmova həsr olunan “Əbədiyyət yolçusu” kitabının təqdimat mərasimi keçirildi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçicvəsində, 13 dekabr 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən rayonun Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbində, müəllifi Məcnunov Mürvət Məhəmməd oğlunun Qubadlının Xanlıq kənd sakini, Birinci Qarabağ müharibəsində şəhid olmuş Cavanşir Rüstəmova həsr etdiyi “Əbədiyyət yolçusu” kitabının təqdimat mərasimi keçirildi.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları, kitabın müəllifi Mürvət Məcnunov, Ziyalılar, Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbinin kollektivi, şəhidimizin ailə üzvləri, döyüş yoldaşları yaxınları, həmkəndliləri, Qazilər iştirak edirdilər.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İlk söz tətbirdə kitabın müəllifi Mürvət Məcnunova verildi. Mürvət müəllim tədbir iştirakçılarına məlumat verərək qeyd etdi ki, bu kitab şəhidimizin ömür yolunu, döyüşlərdə göstərdiyi igidliyi və vətənə sədaqətini özündə əks etdirir.

Sonra tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Razim Əliyev, şəhidimizin qardaşı Valeh Rüstəmov, Qubadlı rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi Sənan Həsənov və digər çıxış edənlər şəhidimiz Cvanşir Rüstəmovun keçdiyi mənalı ömür və şərəfli döyüş yolundan söhbət açaraq xatirələrini bölüşdülər. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından danışdılar. 

Daha sonda şəhidimizin ailə üzvləri tədbirin təşkilinə görə rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Sonda tədbir iştirakçılarına kitabın müəllifi Mürvət Məcnunov tərəfindən şəhidimiz Cavanşir Rüstəmova həsr olunan “Əbədiyyət yolçusu” kitabı hədiyyə olundu.

Qeyd edək ki, Rüstəmov Cavanşir İsfəndiyar oğlu 1959-cu il sentyabr ayının 17-də Zəngəzur mahalı Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1976-cı ildə Xanlıq kənd orta məktəbini, 1976-1978-ci illərdə isə Əli Bayramlı (indiki Şirvan) şəhər Pedoqoji məktəbini bitirmişdir.

1978-ci ildən 1992-ci ilin may ayına kimi doğma Xanlıq məktəbində müəllim işləmiş, 1984-cü ildə isə Azərbaycan Texnologiya İnstitutunun mexanika fakültəsinə qəbul olub, ali təhsil almışdı.

Qarabağ müharibəsi başlanan günlərdən Cavanşir, Xanlıq kəndində təşkil olunmuş özünümüdafiə dəstəsinə yazılaraq, torpaqlarımızın müdafiasi uğrunda döyüşlərə qatılır.

Cavanşir Rüstəmovun rayonumuzun İctimai həyatında fəal iştirakı, qorxmazlığı, vətənpərvərliyi, döyüşkənliyi və siyasi biliyi nəzərə alınaraq, 1992-ci ilin may ayında Qubadlı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə tayin edilmişdir. O, məsul vəzifədə çalışmasına baxmayaraq, silaha sarılır , döyüşlərdə aktiv iştirak edir, gecələr sərhəd postlarında olur, döyüşçüləri qələbəyə səsləyirdi.

1993-cü il avqust ayının 30-da ermənilər qəfləti Qubadlının "Gəyən" düzü istiqamətindən Xanlıq kəndinə hücum edir. Üzbəüz ağır döyüş başlanır. Xanlıq camaatı mardliklə vuruşur. Bu çətin və qanlı döyüşdə Cavanşir Rüstəmov qəhrəmancasına şəhid olur. Cavanşir Rüstəmov evli idi, onun iki qız övladı yadigar qalmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Dekabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri