Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Gəncədə müəllim evində niyə qətlə yetirilib?

Gəncədə müəllim evində niyə qətlə yetirilib?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Gəncə şəhərində 1988-ci il təvəllüdlü Seymur Rəfiyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı xalasının əri, 1953-cü il təvəllüdlü Yusif Dəmirovu qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Seymur vəfat etmiş xalasının əri Yusifdən hissə-hissə aldığı, ümumilikdə 310 manat olan borcu qaytara bilməməsi, eləcə də sonuncunun ondan borca verdiyi pulu mütəmadi olaraq təkidlə tələb etməsi ilə bağlı aralarında yaranmış mübahisələrdən hiddətlənib. 
Seymur qeyd olunan borcdan yaxa qurtarmaq üçün Yusif Dəmirovu öldürmək qərarına gəlib. O, Yusifin kirayədə yaşadığı evdə tək olmasından əmin olduqdan sonra 28 avqust 2020-ci ildə, saat 16 radələrində cinayətkar niyyətini həyata keçirməkdən ötrü özünün yaşadığı bıçaq götürüb və onun yaşadığı mənzilə gedib. 
Seymur maddi xərclərindən yaxa qurtarmaq, yəni tamah məqsədi ilə, habelə sonuncunu xüsusi ağrılar verərək qəsdən öldürmək üçün ona çoxsaylı
zərbələr vurub. Ümumilikdə 10 ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlər yetirməklə Yusif Dəmirovu həyatdan məhrum edib. 
Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə ifadə verməkdən imtina etdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. 
İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, atası, anası, bacısı və bacısının övladları ilə birlikdə yaşayır: “Mən sağ qolumda olan əlilliyə görə təqaüd alıram. Yusif rəhmətlik xalam Nurlananın əri olub. Mən Yusifin ölümündə özümü təqsirli bilmirəm. Hadisə günü ilə əlaqədar olaraq heç nə xatırlamıram”. 
Seymur qeyd edib ki, 29 avqust 2020-ci ildə polis əməkdaşları gələrək onu polis idarəsinə dəvət edən zamanı o, çirkli paltarlarını dəyişmək adı ilə yaşadığı evə daxil olub və evdə “esens” turşusu içib: “Mən özümü intihara cəhd etdiyimi xatırlamadığım üçün bu barədə heç nə bildirməmişəm. Mənim əvvəllər Yusifə borcumun olub-olmadığını xatırlamadığım üçün bu barədə heç nə bildirməmişəm. Avqustun 28-də yaşadığım evi tərk edib-etmədiyimi xatırlamadığım üçün bu barədə heç nə bildirməmişəm. Mən ümumiyyətlə baş vermiş hadisə ilə əlaqədar olaraq heç nə xatırlamadığım üçün verilən suallara cavab verməmişəm”.
İş üzrə zərərçəkmiş Yusif Dəmirovun hüquqi varisi qismində ifadə verən Sevinc Dəmirovanın sözlərinə görə, MMC-də marketoloq vəzifəsində işləyir və işi ilə əlaqədar olaraq təxminən 13 ildir ki, Bakı şəhərində yaşayır: “Yusif mənim atam olub. Atam uzun müddət Gəncə şəhər Tibb Kollecində tarix müəllimi işləyib. Doğma anam mənim 2 yaşım olanda, ögey anam isə 28 aprel 2020-ci ildə vəfat edib. Anamın vəfatından sonra atam sarsıntı keçirtdiyi üçün yay aylarında, yəni kollecdə dərslər qurtardıqdan sonra Bakı şəhərinə gələrək mənimlə birlikdə yaşayıb. Atam Bakı şəhərində olan vaxt söhbət əsnasında bildirdi ki, xalam oğlu Seymura anam Nurlana rəhmətə getdikdən sonra ondan bir neçə dəfə hissə-hissə borc pul alıb. Ümumilikdə Seymurun atama olan borcu təxminən 420 manata yaxın olub. Hətta atam mütəmadi olaraq Seymurdan borcunu istəyəndə sonuncu hər dəfə bir bəhanə gətirərək pul borcunu verməyib. Lakin sonradan Seymur xəstəliyi ilə əlaqədar təqaüd aldığı üçün bank kartını atama verdi ki, borcunu hər ay həmin kartdan çıxartsın. Hətta 2020-ci ilin iyul ayında Kapital Bankın bankomatından Seymurun kartını salaraq 110 manat pul çıxardaraq atama vermişəm”.
Hüquqi varis qeyd edib ki, 2020-ci ilin avqust ayında  yenidən Seymurun kartını bankomata salıb yoxladıqda artıq kartın bloka salındığını görüb və bu barədə atasına bildirib: “Həmin vaxt atam Seymura zəng etmədi və fikirləşdi ki, yəqin atam Gəncə şəhərinə gəldikdən sonra bu barədə Seymurla söhbət edər. Avqustun 20-də iş cədvəlləri ilə bağlı məsələləri həll etmək üçün atam Gəncə şəhərinə qayıtdı. Atam Gəncə şəhərinə qayıtdıqdan sonra mütəmadi olaraq zəng edərək atam ilə hal-əhval tutmuşam. Hətta elə olub ki, gün ərzində 7-8 dəfə telefon vasitəsilə əlaqə saxlayaraq atamın əhvalını soruşmuşam. Gəncə şəhərində yaşayan digər xalam və sonuncunun ailə üzvləri ilə münasibətləri çox yaxşı olduğu üçün əksər vaxtlar atama zəng edərək kefini soruşanda onun xalamgildə olduğunu bilmişəm”.
Sevincin ifadəsinə görə, avqustun 27-də, saat 16 radələrində xalası oğlu Seymur xatırlamadığı mobil telefon nömrəsi ilə onun istifadəsində olan telefon nömrəsinə zəng edib: “Məndən xahiş etdi ki, atama olan borcunu tez bir zamanda qaytaracağı üçün atama zəng edərək vaxt möhləti verməsini bildirim. Mən də atama zəng edərək bu barədə bildirdim. Atam da buna etiraz etməyib razılaşdı. Bundan sonra Seymura zəng edərək atamı razı qaldığını, borcunu gözləyəcəyini bildirdim. Həmin gün axşam saatlarınadək həmişə olduğu kimi bir neçə dəfə atam ilə əlaqə saxlayaraq hal-əhval tutdum. Səhərisi gün atam ilə telefon vasitəsilə əlaqə saxladım, hal-əhval tutdum. Atamın danışıqlarından hər şeyin qaydasında olduğunu hiss etdim. Həmin gün sonuncu dəfə saat 16:30-da atam ilə telefon əlaqəsi saxladım. Atamdan halını xəbər aldım. Atam da hər şeyin yaxşı olduğunu bildirdi. Bundan sonra axşam radələrində halını soruşmaq üçün növbəti dəfə atama zəng edəndə telefona cavab vermədi. Mən bir neçə dəfə atama zəng etsəm də, atam telefona cavab vermədiyi üçün narahat olaraq xalama zəng etdim. Xahiş etdim ki, xalamın yoldaşı gedərək atama baş çəksin, mənə bir xəbər desin. Bir müddət sonra xalam zəng edərək atamın öldüyünü bildirdi. Mən bu xəbəri eşidən kimi dərhal Gəncə şəhərinə yola düşdüm. Mənə məlum oldu ki, atam yaşadığı evdə bıçaqla qətlə yetirilib. Sonradan eşitdim ki, polis əməkdaşları tərəfindən dindirilməsi üçün polis idarəsinə çağırılan xalam oğlu Seymur “esens” turşusu içərək intihar etməyə cəhd edib. Seymurun bu cür hərəkətlərindən başa düşdüm ki, bıçaqla atamı qətlə yetirdikdən sonra dindirilməsi üçün polis idarəsinə çağırılan zaman cinayətin üstünün açılacağından qorxaraq “esens” turşusu içərək intihar etməyə cəhd edib. Bu səbəbdən atamın qətlə yetirilməsində Seymurdan şübhələnmişəm”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri