Gəncədə oftalmologiya sahəsinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə, 31 oktyabr, Elcan Məmmədov. AZƏRTAC
Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Gəncə şəhərində XIV Regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi oftalmologiya sahəsində aparılan son elmi tədqiqatların nəticələrini, yeni texnologiyaları və innovativ müalicə üsullarını təqdim etmək, həmçinin bu yeniliklərin praktiki tibbi fəaliyyətə tətbiqi imkanlarını müzakirə etməkdir.
Konfransda çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri Yazgül Abdıyeva bildirib ki, oftalmologiya sahəsi çox sürətlə inkişaf edir. Bu səbəbdən də belə regional elmi konfransların keçirilməsi bölgələrdə fəaliyyət göstərən həkimlərin peşəkar səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Digər çıxış edənlər də tədbirin region və paytaxt oftalmoloqları arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə, ölkə üzrə oftalmoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini deyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 31 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















