Icma.az
close
up
RU
Gəncədə qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə... TƏFƏRRÜAT

Gəncədə qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə... TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə şəhərində 1996-cı il təvəllüdlü Dadaş şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xalidəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Dadaş arvadı Xalidə ilə aralarında ailə məişət zəminindən baş vermiş mübahisə zamanı əli  və bel kəməri ilə, onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədənm Dadaşın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dadaş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Xalidə onun həyat yoldaşıdır, onlar 2017-ci ildə ailə qurub və birgə nikahdan 2 övladı var: “Əvvəllər mehriban yaşasaq da, son zamanlar aramızda narazılıq, mübahisələr olub. Hadisə günü işdən evə gəldim. Həyat yoldaşım Xalidənin  telefonuna baxanda “whatsapp” proqramında dayım oğlu Xəlilə şəkillər göndərdiyini gördüm. Həyat yoldaşımdan Xəlil ilə danışıb-danışmadığını soruşdum. Xalidə mənə “Xəlil zəng vurmuşdu, uşaqla danışdı” dedi. Mən Xəlilin yoldaşıma zəng etməsindən və həyat yoldaşımın ona şəkillər göndərməsindən əsəbləşdim. Onunla mübahisə etdim. Həmin vaxt Xalidə mənə cavab qaytaranda əlim və bel kəmər ilə onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döydüm. Sonra isə gedərək yatdım”. 
Təqsirləndirilən şəxs bildirib ki, mübahisə zamanı yaşadıqları evdə onlardan başqa evdə iki azyaşlı övladları olub və uşaqlar digər otaqda yatıblar. O həyat yoldaşı ilə barışdığını, ona dəymiş ziyanın tam ödədiyini deyib. O, həyat yoldaşı ilə mehriban yaşadığını da qeyd edib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini deyib. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, təqsirləndirilən Dadaş onun həyat yoldaşıdır: “Əvvəllər mehriban yaşamışıq. Son zamanlar isə maddi sıxıntılarımız səbəbindən aramızda dava-dalaş olub. Hadisə günü ərimin dayısı oğlu Xəlil mənə zəng elədi. Əvvəllər uşaqlarım, daha sonar isə özüm ilə danışdıq. Sonra isə Xəlilə özümün və getdiyim kursda oxuyan qrup yoldaşlarımın şəklini atdım”. 
Xalidə qeyd edib ki, daha sonar gecə saat 4 radələrində əri Dadaş işdən evə gəlib və onun telefonuna baxan zaman dayısı oğlu Xəlil ilə danışmasını görüb: “Bu səbəblə ərim mənimlə dalaşdı, məni təhqir etdi. Daha sonar isə əli və bel kəməri ilə bədənimin müxtəlif yerlərinə vuraraq mənə  xəsarətlər yetirdi”. 
Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Dadaş 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see204

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see190

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see144

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri