Icma.az
close
up
RU
Bakıda gecəyarısı evdən qovulan qadın otelə getdi, səhər isə... TƏFƏRRÜAT

Bakıda gecəyarısı evdən qovulan qadın otelə getdi, səhər isə... TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Nizami rayonunda 1986-cı il təvəllüdlü Elmin ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevdaya (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib. Elmin arvadı Sevda ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı qəsdən bir dəfə onun üz nahiyəsinə yumruqla zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Elminin barəsində 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevda ilə 2 il müddətdir evlidir və bu evlilikdən iki övladları var: “Hadisədən əvvəlki günlərin birində Sevda ilə aramızda sözlə mübahisə baş verdi. Mübahisə zəminində yoldaşım evi tərk etdi. Hadisə günü saat 10 radələrində Sevda yaşadığımız ünvana geri qayıtdı. Bu zaman yaşadığımız evin qonaq otağında yoldaşım ilə aramızda onun mənə xəyanət etdiyini düşünməyimə görə sözlə mübahisə baş verdi. Mübahisə zamanı yoldaşıma bir dəfə qəsdən üz nahiyəsinə yumruqla zərbə vurdum. Daha sonra isə onun qol nahiyəsindən tutaraq sıxdım və geri itələdim. Daha sonra isə aramızda olan mübahisə başa çatdı. Mübahisə başa çatdıqdan sonra Sevda qonşunun evinə getdi və oradan Daxili İşlər Nazirliyinin 102 xidmətinə yığaraq bu barədə məlumat verdi”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevdanın sözlərinə görə, həyat yoldaşı Elmin ilə aralarında sözlə mübahisə baş verib: “Mübahisə zamanı yoldaşım məni nalayiq ifadələr ilə təhqir etdi və gecə saat 4-də birlikdə yaşadığımız ünvandan qovdu. Mən valideynlərim ilə münasibətim pis olduğu üçün həmin gün otelə getdim və səhər saat 7-də otelə daxil oldum. 10 saat ərzində oteldə qaldım. Növbəti gün saat 10 radələrində yaşadığım ünvana gəldim. Bu zaman həmin ünvanın qonaq otağında yoldaşım ilə aramızda sözlə mübahisə baş verdi. Mübahisənin əsas səbəbi onun xəyanət etmədiyi halda, əsassız olaraq məni xəyanətdə günahlandırması oldu. Mübahisə zamanı Elmin bir neçə dəfə qəsdən üz nahiyəmə yumruqla zərbə endirdi. Daha sonra isə qol nahiyəmdən tutaraq sıxdı və məni geri itələdi. Daha sonra yoldaşım ilə aramızda olan mübahisə başa çatdı. Mübahisə başa çatdıqdan sonra qonşunun yaşadığı ünvana getdim və oradan Daxili İşlər Nazirliyinin 102 xidmətinə yığaraq bu barədə məlumat verdim”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmin 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri