Icma.az
close
up
RU
Gəncədə “Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusunda tədbir keçirilib

Gəncədə “Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 2 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Qərb Regional Mərkəzi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Dəyirmi masada çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev bildirib ki, müzakirə olunacaq mövzular elmi və işgüzar əhəmiyyət kəsb etdiyindən bu tədbir tədqiqatçılar, eləcə də müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər üçün faydalı olacaq. AMEA Gəncə Bölməsinin sədri, həmçinin şəhərin tarixinə və mədəniyyətinə aid abidələrin qorunmasının elmi təminatı, onların qeydiyyatının, muzeylərdə olan eksponat və fondların dəqiqləşdirilməsinin vacibliyi barədə danışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov çıxışında bu şəhərin mədəni irsinin qorunmasının vəziyyəti barədə məlumat verib. O, tarix və mədəniyyət abidələrinin qorunması və bərpasının dövlət siyasətinin tərkib hissəsi olduğuna diqqət çəkib, tədbirdə aidiyyəti dövlət qurumlarının təmsilçilərinin iştirakının bu sahədəki aktual məsələlərin həllinə kömək edəcəyinə ümidvar olduğunu deyib.

Tədbirdə “Nizami Gəncəvinin məqbərəsinin qorunması və irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, “Bəşər sivilizasiyasının Qarabağda erməni vandalizminə məruz qalmış tarix və mədəniyyət abidələri”, “Tarix və mədəniyyət abidələrinin qorunmasının konstitusion təminatları”, “Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin fəaliyyəti” və digər mövzular ətrafında məruzələr dinlənilib. Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri