Icma.az
close
up
RU
Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 7-də Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusunda ictimai dinləmə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbiri açıq elan edən komitə sədri Polad Bülbüloğlu tarixi-mədəni irsin qorunmasının milli əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, bu sahədə görülən işlər ölkənin gələcək nəsillərinə mədəni mirasın bütöv şəkildə ötürülməsi baxımından xüsusi önəm kəsb edir.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi yüksək diqqət və qayğını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkə ərazisində yerləşən tarixi abidələrin qorunması, bərpası və konservasiyası istiqamətində genişmiqyaslı layihələr icra olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam şəhərində yerləşən İmarət kompleksində və Şuşada əhəmiyyətli bərpa və konservasiya işləri həyata keçirilib. Bu məkanlar artıq beynəlxalq qonaqlar və diplomatik korpus nümayəndələri tərəfindən də ziyarət edilir.

Nazir qeyd edib ki, mədəni irsin idarə olunması və təbliğində müasir yanaşmaların tətbiqi prioritet məsələlərdəndir. Bu sahədə ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması məqsədilə 2024-cü ildə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” elan olunub. Proqram çərçivəsində bakalavriat və magistratura səviyyələrində 11 ixtisas istiqaməti üzrə xaricdə təhsil maliyyələşdirilir.

Dinləmədə Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, memar-ekspert Rizvan Bayramov və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda tarix-mədəniyyət abidələrinin milli sərvət kimi qorunmasının və bu sahədə beynəlxalq təcrübədən səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb. Tədbirin sonunda fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 İyul 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri