Icma.az
close
up
RU
Gəncənin futbol əfsanələri nin yeni rəhbəri ciddi ittihamlarla üzləşdi Bu mövqeyinə görə onun vəzifəsini artırıblar

Gəncənin futbol əfsanələri nin yeni rəhbəri ciddi ittihamlarla üzləşdi Bu mövqeyinə görə onun vəzifəsini artırıblar

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftəsonu "Kəpəz" klubunun nəzdində yaradılan yeni şura - "Gəncənin futbol əfsanələri"nin rəhbəri Əli Rəhimov ciddi ittihamla üzləşib.

Gəncə Futbol Veteranları İctimai Birliyinin sədr müavini Firuz Qulami Fanat.Az-a açıqlamasında buna qədər klubda seleksiya üzrə məşqçi olan Rəhimovu ona qarşı qərəzli münasibətdə günahlandırıb:

"Bazar günü "Gəncənin futbol əfsanələri" şurası yaradılıb. Birliyimizin sədri Tofiq müəllim də (T.Məmmədov-red.) həmin tədbirdə iştirak edib. Açıqlama vermək istəyirəm ki, bundan üç-dörd gün əvvəl "Kəpəz" klubunun rəhbərliyi daxili iclas keçirib və ora uşaq məşqçilərini yığıblar. Fikir bu olub ki, məni məhkəməyə versinlər. Haqqımda qondarma ittihamlar yazaraq o məktuba imza atdırmaq istəyiblər. Ora ən birinci imza atan məhz Əli Rəhimov olub. Ondan başqa heç kim imzalamayıb o sənədi. Belədə məsələ dayandırılıb. Qeyd etdiyim kimi, üstündən bir neçə gün keçəndən sonra şura yaradılıb və Rəhimovu sədr təyin ediblər. Belə çıxır ki, Firuz Qulamiyə qarşı mövqeyinə görə onun vəzifəsini artırıblar. 
 "Gəncənin futbol əfsanələri" yaranmasından qısa müddət sonra isə Gəncə Futbol Veteranları İctimai Birliyinin "Feysbuk" səhifəsi bloklanıb. Bizim qurum ədliyyədə qeydiyyatdan keçmiş sənədli-sübutlu ictimai birlikdir. Beş-altı ildir birliyin rəsmi sosial şəbəkə hesabı fəaliyyət göstərir. Orada keçirdiyimiz turnirlər, müxtəlif tədbirləri işıqlandırırdıq. Xatırladım ki, "Lokomotiv"in idman meydançasında ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı turnir keçirmişik, orada AFFA-dan nümayəndələr, Gəncədəki türk konsulu, deputatlar, idman komitəsinin sədri, YAP rəsmiləri iştirak ediblər. Daha sonra həmin məkanda şəhidlərimizin xatirə turnirini təşkil etmişik.    
Bunu "Kəpəz" klubunun heç bir dəstəyi olmadan edirik. Buna baxmayaraq, kluba 22-23 uşaq yetişdirib vermişik. O tədbirlərdən çəkilmiş video və şəkillər "Feysbuk" səhifəmizdə paylaşılırdı. Bəli, klubun fəaliyyətindəki neqativlərlə bağlı da paylaşımlarımız olurdu və bu da onların xoşuna gəlmirdi. Buna görədir ki, bugünlərdə "Feysbuk" səhifəmizə haker hücumu edilib. Təsəvvür edirsiz, sosial şəbəkə hesabımıza hücum şura yaranan günü səhər saatlarında baş verib. Bizə belə gəlir ki, "Feysbuk"a girişimizə blok qoyulması bu adamların əli ilə edilib. Beş illik əziyyətimiz yerə vuruldu. Görünür məqsəd bu olub ki, şura yaranana kimi narazı veteranların səhifəsi dağıdılsın. 
"Gəncənin futbol əfsanələri"nin necə işləyəcəyi, taleyinin necə olacağı ayrı mövzudur. O necə şuradır ki, yaradılmasından şəhər rəhbərliyinin xəbəri yoxdur? Necə olur ki, orada klub rəhbərliyi iştirak etməyib? Gəncə şəhər Ağsaqqallar Şurasından tədbirdə heç kim olmayıb. Eləcə yığışıblar, şura yaradıblar. Ayıbdır, belə şura yaratmırlar. Nə namizəd olub, nə də alternativ. Sadəcə, bir nəfər durub ad çəkib, digərləri də Əli Rəhimovu dəstəkləyiblər. Baxaq görək sonu necə olacaq?".

Mirağa  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri