Icma.az
close
up
RU
Gənclər arasında intellektual oyun keçirilib FOTOLAR

Gənclər arasında intellektual oyun keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Fevralın 1-də Heydər Əliyev Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı, “Azərlotereya” ASC-nin dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə gənclər arasında “Gənc Vətənpərvərlər: Konstitusiya və Suverenlik - Nə? Harada? Nə zaman? İntellektual oyunu" keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edənlər, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi İlkin Muradov və “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə departament rəhbəri Seymur Teymurov cəmiyyətin aparıcı qüvvəsi, bu günün və sabahın qurucuları olan gənclərin hərtərəfli inkişafı, biliklərinin artırılması, milli-mənəvi dəyərlərə bağlı vətənpərvər gənc kimi formalaşdırılmasının dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalı olduğunu, “Konstitusiya və Suverenlik” ili ilə əlaqədar gənclər arasında keçirilən intellektual oyunun onların ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, tarixi hadisələri, dövlət müstəqiliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə biliklərinin artmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.

Rəsmi hissədən sonra “Xəzər” İntellektual Gənclər Klubunun peşəkər komandasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyununa start verilib. Üç turdan ibarət yarışda hər birində 6 nəfər olmaqla ümumilikdə 25 komanda iştirak edib. Yarışda iştirak edən 8 komandanın üzvləri gənc şəhid övladlarından ibarət olub. Oyununun sonunda münsiflər heyəti tərəfindən komandaların cavabları sayılıb və nəticələrə əsasən “Zəngəzur” komandası I, “Parabrain” komandası II, “Torpaq” komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalar müxtəlif mükafatlar və sertifikatlarla təltif olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Fevral 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri