Icma.az
close
up
RU
Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib

Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 may, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Gənclər Fondu və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, Vəkillər Kollegiyası, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin rəsmi səhifəsi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə ümumrespublika gəncləri arasında “Legal Ring” intellektual yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, ilkin mərhələ, dörddə bir final, yarımfinal və final mərhələlərindən ibarət olan yarışın əsas məqsədi gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək, Konstitusiya və milli qanunvericilik sahəsində maarifləndirməni təşviq etmək, eləcə də iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdən ibarətdir.

Bakı Konqres Mərkəzində keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, “Legal Ring” kimi intellektual yarışlar hüquq sahəsində təhsil alan gənclərin biliklərini daha da dərinləşdirməyə və onları konstitusiya dəyərləri əsasında yetişdirməyə xidmət edir. Qeyd olunub ki, layihə hüquqi mədəniyyətin formalaşmasında mühüm rol oynayır və gənc hüquqşünasların cəmiyyətə faydalı mütəxəssis kimi yetişməsi yolunda əhəmiyyətli platformadır.

Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyev çıxışında intellektual yarışların hüquq təhsili sistemində mühüm rol oynadığını, o cümlədən hüquq tələbələrinin məntiqi düşünmə, qərarvermə və komanda şəklində işləmə bacarıqlarının məhz belə yarışlar vasitəsilə inkişaf etdirilə biləcəyini qeyd edib. Onun dediyinə görə, “Legal Ring” hüquqi biliklərin sadəcə nəzəri şəkildə deyil, məntiqi və strateji müstəvidə də tətbiqinə imkan yaradır və bu, gələcəyin peşəkar hüquqşünaslarının formalaşmasına birbaşa təsir göstərir.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışında ali təhsil müəssisəsinin tələbələrinin yarışda iştirakının onların hüquqi dünyagörüşünə və ümumi inkişafına müsbət təsir etdiyini bildirib. O, hüquqi savadlılığın təkcə peşəkar fəaliyyət üçün deyil, vətəndaşlıq mövqeyi baxımından da zəruri element olduğunu, tələbələrin intellektual meydanlarda biliklərini sınamasının onların tədrisdə motivasiyasını artırdığını və hüquq elminə maraqlarını gücləndiridiyini qeyd edib.

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında “Legal Ring” layihəsinin gənclərin hüquqi biliklərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığından, yarışın yalnız biliklərin yoxlanılması məqsədi daşımadığını, eyni zamanda, iştirakçıların strateji düşünmə, komanda ruhu və operativ qərarvermə bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın hüquqi maarifləndirmə sahəsində təşəbbüskar fəaliyyətini davam etdirəcəyini və gənclərlə bağlı layihələrdə innovativ formatlara üstünlük veriləcəyini diqqətə çatdırıb.

Sonra bədii hissə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri