Icma.az
close
up
RU
Gənclər arasında yayılan o problem hamını qorxudur AÇIQLAMA

Gənclər arasında yayılan o problem hamını qorxudur AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər arasında “heç nəyə maraq yoxdur” düşüncəsi geniş yayılmağa başlayıb. Mütəxəssislər hesab edir ki, bunun əsas səbəblərindən biri sosial şəbəkələrə və virtual aləmə həddindən artıq bağlılıqdır. Gənclərin böyük hissəsi günün əhəmiyyətli hissəsini telefon, internet oyunları və sosial media platformalarında keçirdiyi üçün real həyatda fəaliyyətlərə, hobbilərə və sosial münasibətlərə maraq getdikcə azalır. Nəticədə isə motivasiya itkisi, həvəssizlik və daxili boşluq hissi ortaya çıxır.
Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, gənclər arasında heç nəyə marağın olmaması son dövrlərdə daha çox müşahidə edilən problemlərdən biridir:
"Bunun əsas səbəblərindən biri sosial şəbəkələr və internet oyunları ilə bağlıdır. Bu platformaların təsiri nəticəsində uşaqlar və yeniyetmələr virtual aləmlə həddindən artıq əlaqədə olurlar. Uzun müddət virtual mühitdə vaxt keçirdikləri üçün isə bir müddətdən sonra real həyatla virtual aləm arasındakı fərqi hiss etməkdə çətinlik çəkirlər. Bu da onlarda canlı həyata qarşı maraqsızlıq və daxili boşluq hissi yaradır.
Texnologiya ilə həddindən artıq təmas onların təxəyyül gücünə də mənfi təsir göstərir. Təxəyyül zəiflədikcə gənclər yalnız hazır və sürətli təqdim olunan məzmunlardan zövq almağa başlayırlar. Bundan kənarda olan fəaliyyətlər isə onlar üçün maraqsız görünür. Nəticədə həvəssizlik, motivasiya itkisi və heç nəyə maraq göstərməmək kimi hallar xüsusilə gənc yaşlarda daha çox ortaya çıxır". 
Psixoloq deyib ki, hazırda gənclərin, xüsusilə də oğlanların böyük əksəriyyətinin əsas hobbilərindən biri internet oyunlarıdır:
"Roblox, PUBG və digər onlayn oyunlara ciddi maraq göstərilir. Digər tərəfdən isə qızlar arasında bloqinqə, sosial şəbəkələrə və virtual həyata həddindən artıq meyil müşahidə olunur. Bu səbəbdən insanlar özləri ilə tək qalmağa, özlərinə vaxt ayırmağa və real həyatda sosial fəaliyyətlər qurmağa çətinlik çəkirlər. Bunun nəticəsində isə “heç nəyə maraq yoxdur” düşüncəsi getdikcə daha geniş yayılır.
Düşünürəm ki, bu vəziyyətdən çıxış yolu balans yaratmaqdır. Sosial şəbəkələrdən və virtual aləmdən bir qədər uzaqlaşaraq real həyatda hobbilərə, idmana, sosial fəaliyyətlərə və canlı ünsiyyətə daha çox vaxt ayırmaq gənclər üçün daha faydalı olar. Virtual aləmlə real həyat arasında düzgün tarazlıq qurulduqda həm maraq dairəsi genişlənər, həm də psixoloji baxımdan daha sağlam inkişaf mümkün olar",- deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri