Icma.az
close
up
RU
Gənclər Fondu qrant müsabiqəsi elan edir

Gənclər Fondu qrant müsabiqəsi elan edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 may, AZƏRTAC

Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verməkdir.

Müsabiqənin şərtlərinə görə, Azərbaycan vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları mayın 22-dən iyunun 22-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri yalnız fondun rəsmi saytının e-xidmətlər sistemi vasitəsilə elektron qaydada qəbul edilir.

Müsabiqəyə təqdim olunan layihələr milli kimlik, vətənpərvərlik və dəyərəsaslı inkişaf, gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi, sosial inklüzivlik və bərabər imkanların təşviqi, rəqəmsal gələcək, innovasiya və süni intellekt, yaradıcı sənaye və mədəni innovasiyalar, regionlarda gənclərin iştirakçılığı və ictimai fəallığı, dayanıqlı inkişaf və ekoloji məsuliyyət adlı yeddi fərqli istiqaməti əhatə edir.

Müraciət zamanı layihənin təsviri, xərclər smetası və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir.

Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamaq şərtilə müəyyən edilməlidir. Fiziki şəxslərin fərdi layihələri üçün müraciət məbləğinin dəyəri 5 min manatdan, gənclər təşkilatlarının yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 min manatdan, beynəlxalq layihələr üzrə 15 min manatdan çox olmamalıdır.

Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Layihələr seçilərkən yenilik və unikal yanaşma, davamlılıq, təklif olunan müddət və büdcə çərçivəsində reallaşdırılma imkanları, müasir texnoloji həllərə və innovativ yanaşmalara uyğunluq kimi meyarlara üstünlük veriləcək.

Qrant müsabiqəsi haqqında daha ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri