“Azərsun Holdinq” gənclər üçün marketinq müsabiqəsi elan edir
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Azərsun Holdinq”in təşəbbüsü ilə Azərbaycanda gənclər arasında keçirilən “Brand Boom” marketinq müsabiqəsi ikinci dəfə təşkil olunur.
“Brand Boom”un əsas məqsədi gənclərdə innovativ düşünmə tərzini formalaşdırmaq, marketinq strategiyalarının hazırlanması və real layihələr üzərində işləmə bacarıqlarını gücləndirməkdir. Ölkədə bu formatda marketinq müsabiqəsi ilk dəfədən böyük maraqla qarşılanıb və geniş iştirakçı auditoriyası toplayıb. Bu səbəblə yenidən təşkil edilir.
“Yaradıcılığın qazandırsın!” şüarı ilə həyata keçirilən “Brand Boom” müsabiqə iştirakçılarına seçilmiş marka üzrə yaradıcı ideyalarını təqdim etmək üçün əlverişli platforma, yaradıcılıq və strateji düşünmə bacarıqlarını kəşf etmək üçün təcrübə, dəyərli hədiyyələr və digər imkanlar təqdim edir. Bununla bərabər qalib komanda “Azərsun Holdinq”də təcrübə keçmək şansı qazanacaq.
Müsabiqədə iştirak etmək üçün gənclərdən komanda formalaşdırmaq, qeydiyyatdan keçmək və innovativ ideyalarını təqdim etmək tələb olunur.
Son qeydiyyat tarixi: 16.02.2026.
“Brand Boom” layihəsi haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün brandboom.azersun.com saytına daxil ola bilərsiniz.
Baxış sayı:93
Bu xəbər 23 Yanvar 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















