Gənclər Günü münasibətilə Akademik Milli Dram Teatrında tədbir keçirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 fevral, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il imzaladığı müvafiq Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Məhz bu Sərəncama əsasən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda bu gün təntənəli şəkildə keçirilir.
Qeyd edilib ki, Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə diqqət və qayğısı bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində özünü ən yüksək səviyyədə göstərir. Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərə öz potensiallarını reallaşdırmaq üçün imkan yaradır. Gənc aktyor və rejissorlar teatrın tanınmış sənətkarlarının qayğısı ilə onlarla çiyin-çiyinə çalışır, müxtəlif uğurlu işlərə imza atırlar.
Sonra uğurlu fəaliyyətlərinə görə Xədicə Novruzlu, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Tural İbrahimov, Elsevər Rəhimov, Kənan Hüseynov, Fərid Qarayev, Elçin Nurəliyev, Əliulla Vəliyev, Muhuma Sahov, Rəbbilə Ələkbər-zadə, Rəvan Səmədov, Xədicə Novruzlu, Əli Nurzadə, Məmməd Məmmədli, Nicat İsgəndərli, Nihad Aslan, Rüfət Əhmədov və “Əsa” Teatrında uğurlu fəaliyyətinə görə Elvin Mirzəyev, Səmayə Qulamzadə mükafatlandırılıb.
Daha sonra Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov ittifaqın təsis etdiyi “Ümid” mükafatını gənclərə təqdim edib. Tural İbrahimov, Gülarə Məmmədova və Fuad Cavadzadə Azərbaycan Teatr Xadimləri İttifaqının “Ümid” mükafatı ilə təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 02 Fevral 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















