Anım Günü Akademik Millli Dram Teatrında qeyd olunub
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Anım Günü münasibətilə Vətən müharibəsinə həsr olunan, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən 2020-ci ildə çəkilmiş “Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olunub.
525.az xəbər verir ki, filmdə Vətən müharibəsində şəhid olmuş baş leytenant Rövşən Nurzadənin atası, Azərbaycan Respublikasının Xalq artisti Əli Nur, Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova və Akademik Milli Dram Teatrında çalışan müharibə iştirakçıları – Tərlan Əsgərli, Ruslan Kərimov, Fuad Cəbrayılov və Rüfət Cabbarov cəbhədə şahidi olduqları hadisələrdən, keçdikləri döyüş yolundan və müharibə təəssüratlarından bəhs edirlər.
Film nümayişinin ardınca nümayiş etdirilən Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı əsasında hazırlanmış eyniadlı tamaşa Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.
Allah şəhidlərimizə rəhmət eləsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















