Icma.az
close
up
RU
Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi anılıb

Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi anılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 avqust, AZƏRTAC

Bu gün görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 95-ci ildönümü tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı biblioqrafik icmal və videomaterial virtual rejimdə istifadəçilərər təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Nizami Cəfərovun “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı məqaləsinin və professor, filologiya elmləri doktoru Salidə Şərifovanın “Filoloji düşüncəmizdə Bəkir Nəbiyev mövqeyi” adlı məqalələrin tam mətni yer alır.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal  yerləşdirilən  vəsaitdə akademikın müəllifi olduğu, “Ön söz” yazdığı və redaktə etdiyi, onun haqqında qələmə alınan 40-da çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. İcmalda kitab və məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə yığılıb.

“Akademik Bəkir Nəbiyev 95” adlı videomaterialda görkəmli alimin həm klassik, həm də müasir ədəbiyyat haqqında müəllifi olduğu fundamental əsərləri, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığına verdiyi böyük töhfələr haqqında məlumat verilir, ədəbi prosesə, klassik ədəbi irsə, tənqidə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə dair 50-dən çox kitab, 900-dən çox məqalə və resenziyanın müəllifi olması bildirilir. Materialda Bəkir Nəbiyevin pedaqoji fəaliyyətinə də geniş yer verilir, onun doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olması, ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, Məhərrəm Qasımlı kimi yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinin yüksək olması diqqətə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Bəkir Nəbiyevnin müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.

“Alim Bəkir Nəbiyev 90” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/akademik-bekir-nebiyev-95  yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri