Icma.az
close
up
RU
Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 avqust, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş silsilə materiallar – videomaterial, ənənəvi və virtual kitab sərgiləri hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, videomaterialda Elçinin həyat və bədii yaradıcılığına, elmi fəaliyyətinə, geniş yer verilir, dolğun məlumatlar təqdim olunur. Materialda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin, professor Mir Cəlal Paşayevin, Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun görkəmli ədib haqqında söylədikləri dəyərli fikirlər yer alır. Videoçarxda Elçinin “Tənqid və nəsr”, “Üzeyir Hacıbəylinin publisistikası”, “Ədəbiyyatda tarix və müasirlik problemi” kimi elmi monoqrafiyaları haqqında məlumatlar əks olunur. Görkəmli ədibin səhnə əsərlərinin həm ölkə, həm də xarici teatrların repertuarında sərgilənməsi və Azərbaycan mədəniyyətinin, dramaturgiyasının yüksək səviyyədə təmsil olunması haqqında məlumat verilir. Materialda Elçin Əfəndiyevin yerli və xarici görüşlərdə, səfərlərdə çəkilən foto və video görüntüləri də sərgilənir. Material kitabxananın rəsmi saytında.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Elçinin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, ədib haqqında qələmə alınan “Xalq yazıçısı Elçin”, “Elçinlə ədəbiyyat söhbəti”, “Xalq yazıçısı Elçinin dramaturgiyası”, “Elçin haqqında düşüncələrim”, həmçinin özünün müəllifi olduğu “Daha dərin qatlara”, “Baş”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi Azərbaycan, türk və rus dillərində çap edilən kitabların biblioqrafik təsviri yer alır. Virtual sərgidə Elçin Əfəndiyevin yalnız yazıçı kimi deyil, həmçinin ictimai-siyasi xadim olaraq Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələr haqqında məlumat verilir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları ilə bağlı məlumatlar da təqdim edilir.

Qeyd edək ki, kitabxanada açılan “Elçin Əfəndiyev” adlı ənənəvi sərgidə görkəmli dramaturqun həyat və fəaliyyətini, zəngin bədii yaradıcılığını əks etdirən, Azərbaycan və rus dillərində nəşr edilən 50-dən çox kitab nümayiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri