Respublika Gənclər Kitabxanasında Müstəqillik Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 may, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında 28 May - Müstəqillik Günü ilə əlaqədar silsilə materiallar – “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır...” adlı biblioqrafik icmal, “Müstəqillik günü-milli mübarizə tariximiz” adlı videomaterial və ənənəvi kitab sərgisi hazırlanıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilibş
Bildirilib ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucularından bəhs edilir. Burada ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillərlə yanaşı, Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında da ətraflı məlumat verilir. “Müstəqillik günü-milli mübarizə tariximiz” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/milli-mubarize-tariximiz yerləşdirilib.
Hazırlanan videoçarxda Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər videogörüntülərlə yer alır.
Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən biblioqrafik icmalda Ulu Öndər Heydər Əliyevin və onun layiqli varisi, Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəyərli fikirləri, Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununun tam mətni, Dövlət Müstəqilliyinin bərpası və qorunub saxlanılmasının tarixi haqqında məlumat, Azərbaycanın dövlət müstəqilliyinə dair 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və bu mövzu ilə əlaqədar dövri mətbuatda çıxan məqalələrin siyahısı verilir.
Respublika Gənclər Kitabxanasında “28 may – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















