Icma.az
close
up
RU
Gənclər Kitabxanasında professor Xəlil Yusiflinin xatirəsi yad edilib

Gənclər Kitabxanasında professor Xəlil Yusiflinin xatirəsi yad edilib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün filologiya üzrə elmlər doktoru, professor, Nizami Gəncəvi ədəbi irsinin tədqiqatçısı, Əməkdar elm xadimi Xəlil Yusiflinin anadan olmasının 90-cı ildönümü tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin çox dəyərli ədəbi tədqiqat əsərlərini gənc nəsil istifadəçilər arasında təbliğ etmək məqsədilə “Klassik ədəbiyyatşünaslığımızın korifeyi” adlı məlumat bülleteni və videomaterial hazırlanıb.

525.az-a kitabxanadan verilən məlumata görə, hazırlanan vəsaitdə Xəlil Yusiflinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Teymur Kərimlinin “Klassik ədəbiyyatşünaslığımızın korifeyi” və filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nəsillərin bəhrələndiyi elm ümmanı” adlı məqalələrin tam mətni yer alır. Məlumat bülletenində Xəlil Yusiflinin müəllifi olduğu əsərlərin, tərtib etdiyi, “Ön söz” yazdığı, redaktə və tərcümə etdiyi, çapa məsul olduğu kitabların, yazıçının dövri mətbuatda dərc edilən yazılarının siyahısı təqdim edilir.

Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilən vəsaitdə alimin “Dünya ədəbiyyatı tarixi. Antik dövr”, “Nizami və Şərq intibahı”, “Nizami Gəncəvinin şəcərə tarixi”, “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri”, “Məhcur Şirvani yeni təfəkkür işığında” kimi 50-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası yer alır.

“Alim Xəlil Yusifli 90” adlı videomaterialda görkəmli alimin zəngin elmi fəaliyyəti haqqında məlumat verilir. Materialda qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri olan Xəlil Yusiflinin elmi fəaliyyətinin əsas hissəsinin nizamişünaslığa həsr olunduğu diqqətə çatdırılır, onun çoxsaylı elmi məqalələri, “Nizaminin lirikası”, “Şərqdə intibah və Nizami Gəncəvi” adlı monoqrafiyaları bu məhsuldar əməyin mükəmməl nəticəsi olduğu bildirilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xəlil Yusiflinin müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.

“Alim Xəlil Yusifli 90” adlı videomaterial kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/xelil-yusifli-90 yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri