Icma.az
close
up
RU
Gənclər Kitabxanasında yeni elektron baza istifadəyə verilib

Gənclər Kitabxanasında yeni elektron baza istifadəyə verilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 may, AZƏRTAC

Bu gün Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Muxtar İmanovun 70 yaşı tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin mənalı ömür yolundan və fədakar elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Muxtar İmanovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Muxtar Kazımoğlu – tanınmış folklorçu, nüfuzlu ədəbiyyatşünas”, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Bütün yönləri ilə akademik səviyyə” və filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Paralel xronologiyalar” kimi məqalələrinin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli alimin layihə rəhbəri, elmi redaktoru, elmi məsləhətçisi, baş redaktoru, rəyçisi, təşkilat komitəsi və redaksiya heyətində olduğu, tərtib etdiyi, “Ön söz” yazdığı kitabların, Azərbaycan və xarici dillərdə çap edilən məqalə və məruzələrinin, eləcə də Muxtar İmanov haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Akademikin 70 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında Muxtar İmanovun yaradıcılıq nümunələri - şeirləri, tərcümələri ilə yanaşı “Dissertasiya və avtoreferatlar”, “Hikmətli sözlər”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri