Gənclər Kitabxanasında Gənclər Günü münasibətilə silsilə materiallar hazırlanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual kitab sərgisində Azərbaycanda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlərin-qanun, fərman və sərəncamların tam mətni təqdim edilir, 2 Fevral – Gənclər Gününün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət, idman sahəsində qazanılan uğurları özündə əks etdirən nəşrlər sərgilənir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Azərbaycan gəncliyinin himayədarı”, “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi”, “Azərbaycanın gəncliyi etibarlı əllərdədir” kimi kitabların və “Heydər Əliyevin gənclər siyasəti və sevgisi”, “Gəncliyə dəyər verən siyasət”, “Azərbaycan gəncləri həyatın bütün sahələrində örnəkdirlər”, “Zəfərlərdən ilhamlanan müzəffər ölkənin qalib gəncləri” kimi dövrü mətbuat nümunələrinin tam mətni yer alır. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, gənc yazarların yaradıcılıq nümunələri, qəzet və jurnallar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsaitlər sərgilənməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Fevral 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















